Ramil Usubov rayona yeni rəis göndərdi
19-11-2012, 11:30
Oxunub: 6 180
Tərtər rayonuna yeni polis rəisi təyin edilib.
Bolgexeber.com-un məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə Sabirabad rayon Polis Şöbəsinin rəis müavini Rauf Məcidov Tərtər rayon Polis Şöbəsinə rəis təyin edilib.
Xatırladaq ki, bir müddət əvvəl polis-polkovniki Nəriman İmanov Tərtər Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilərək, Masallı rayonuna polis rəisi təyin edilib.
Onu da əlavə edək ki, R. Usubovun əmri ilə DİN-in Ukraynadakı nümayəndəsi, polis polkovniki Zəfər Abıyev geri çağırılıb və onun yerinə Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Əkbər Yusifov təyin edilib.
Zəfər Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin qardaşıdır. O, uzun illər Azərbaycan DİN-in Ukrayna, Belarus və Moldovadakı nümayəndəsi olub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər