Rəcəb Babaşov kimsəni saya salmır... - ŞİKAYƏT
7-07-2017, 12:13
Oxunub: 4 782
Sakinlər onu da bildirir ki, Babaşovla hansısa rayon sakininin görüşməsi də ən böyük xəyallardandır
Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşovla bağlı DİA.AZ-a növbəti şikayət məktubu daxil olub. Belə ki, redaksiyamıza yazan narazı qazaxlılar Bababşovun gəldiyi ilk gündən bəri Qazaxda rəsmən dikatura rejimi yaratmasından giley edirlər.
Sakinlər dia.az-a yazır: "Rəcəb Babaşov rayonda kimsəni saya salmır. Gəldiyi ilk gündən əsas hədəfi yerli sahibkarlar oldu. Keçmiş vergi işçisi olduğundan sahibkarlar ondan bərk qorxurlar. Əlində bəlkə də sahibkarlara qarşı faktlar var. Buna gprə də onun dediklərini bu gün də canla-başla etməkdədirlər. Başçıya ayaq uydurmayanlar isə mütləq cəzalanır. Özü də vergilər nazirliyinin əli ilə. Ona görə də kimsə Bavaşovla toqquşmaya maraqlı deyil".
Bu da hamısı deyil. Narazı vətəndaşlar dia.az-a bildirirlər ki, Babaşovun bu gün Qazaxda abadlıq adı ilə həyata keçirdiyi bütün işlər yerli idarə və müəssisə rəhbərlərinin hesabına baş verməkdədir: "Hamıya tas kəsib, haqq qoyub. Vüdcədən ayrılan pullar isə birbaşa olaraq Babaşovun cibinə gedir. Kimsə də səsini çıxara bilmir. Çünki hamısının hansısa cinayəti var sanki... Babaşov elə bir rejim qurub ki, hamını özünə işlədir və hamıda guya ki, bundan məmnundur. Amma əslində vəziyyət göründüyü kimi deyil və bir gün çox dəhşətli PARTLAYIŞ baş verə bilər".
Sakinlər onu da bildirir ki, Babaşovla hansısa rayon sakininin görüşməsi də ən böyük xəyallardandır: "Adam gəldiyi ilk gündən qapısını şikayətlərin vəşikayətçilərin üzünə bağlayıb".
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər