BolgeXeber.Com » Bölgə » Saatlıda torpaq qalmaqalı

Saatlıda torpaq qalmaqalı

22-11-2012, 10:30
Oxunub: 4 424 Özünü qanunlardan üstün tutan rayon torpaq şöbəsinin müdiri Elxan Zeynalov kasıblara əməlli başlı qənim kəsilib!

Saatlınıln torpaqlarını qanunsuz olaraq qarış-qarış satan 20 il Rayon torpaq şöbəsini şəxsi mülkiyyəti kimi istifadə edən Etiram Məmmədovun qara əməllərini bu gün Elxan Zeynalov uğurla davam etdirir. Bu sözləri Saatlı rayon Qıraqlı kənd sakini Cahangirov Surxay Şaxan oğlu Tia.az-a etdiyi müraciətində bildirir. Şikayətçinin sözlərinə görə rayonda rüşvət, korrupsiya və saxtakarlıqda adı hallanan idarə və təşkilatların sırasında torpaq şöbəsi öncül yerlərdən birini tutur. Şikayətçi məlumat üçün qeyd edir. 1992-ci ildə Torpaq şöbəsi yaradılanda ( İcra Hakimiyyətinin nəzdində ) E. Məmmədov qurumun rəhbəri vəzifəsinə təyin olundu. Rayon sakinlərinin də acı günləri elə bundan sonar başladı. Çünki bu adam üçün vətən torpaq anlayışı ancaq pul olub. Torpaq alverçisi kimi rayonda ad çıxarmış E. Məmmədov ilk olaraq saxtakarlığa daha dəqiq deyilsə görünməmiş cinayətlərə 1996-cı ildə “torpaq islahatı” zamanı imza atdı. Şikayətçi deyirr. Başqa kəndlərdə olduğu kimi yaşadığım Qıraqlı kəndində də, “Torpaq islahatı” həyata keçrilərkən bu E. Məmmədovun şəxsi büdcəsini doldurulmasını xidmət edən maraqlarına söykəndi. E. Məmmədov heç vaxt sakinlərin etirazına məhəl qoymayıb. Daima sərxoş olan bu adam keçmiş icra nümayəndəsi Zeyni Həşimovla cinayət əlaqəsinə girərək torpaq bölgüsündə bərabərlik prinsipini pozdu. Kənd sakinlərini hardasa 60% 35 digər 40%-nə isə 15 sotla pay torpağı verildi. Özü də ki, tam qanunsuz olaraq E. Məmmədovun özbaşnalığı tək bununla bitmir. Bir fakir verin. Ailə üzvlərindən birinə 25-30 sotla verildiyi halda digərlərinə 20-35-45 sotla torpaq verilib. Belə saxtakarlığa qarşı çıxan sakinlər isə E. Məmmədovun yer ölçən qoçularının qəddarlığına tuş gələrək söyülüb döyülürdü. Kimə şikayət edəcəkdin? Çünki E. Məmmədovun rayonda havadarı keçmiş İcra Başçısı Gülhüseyin Əhmədov olmaqla eyni zamanda Dövlət Xəritə Çəkmə və Torpaq komitəsinin sədri Qərib Məmmədov idi. Şikayətçi deyir ki, hər iki cütlüyün himayəsi altında E. Məmmədov istədiyi kimi özbaşnalıq edirdi. Onun ancaq bir amalı var idi. Təki pul çıxsın bütün bunlar azmış kimi kəndin əkinə yararlı 154 hektar Bələdiyyə torpağının 68 hektarını kənd Bələdiyyəsinin sədri Yavər Hüseynovla iş birliyi quran E. Məmmədov sataraq üstündən su içdi. Bir ona sual edən olmadı ay Etiram müəllim Bələdiyyə torpaqlarını dövlətin ehtiyyat fondu adı ilə necə satırsan? Cəzasızlıq mühütündən istifadə edən E. Məmmədov daha da irəli gedərək hətta sakijnlərə verdikləri pay torpaqlara da göz tikir. Məsələn,
1. Qurbanov Eldar akt 1.
2. Məmmədov Rzaqulu akt 127
3. İsgəndərov Atdıxan akt 130
E. Məmmədovun etdiyi belə saxtakarlığının siyahısını uzatmaq da olar. Ya aldadılaraq yaxud da ki, zor gücünə pay torpağları əllərindən alınmış sakinlərin sayı yüzlərlədir. Bəli bu bir faktdır deyən şikayətçi Surxay Cahangirov daha sonar qeyd edir ki, həmin bu torpaqlara E . Məmmədov saxta aktlar tərtib etməklə imkanlı adamlara satıb. E. Məmmədovun bu kimi çirkli işlərində Torpaq Şöbəsinin hazırkı müdürü Elxan Zeynalovun da əməyi demək olarkı danılmazdır. 2010-cu ildə E. Məmmədov tutduğu vəzifədən kənarlaşdırılsa da, lakin onun saxtakarlıqla dolu cinayətlərinə Gülhüseyin Əhmədovdan sonar gələn icra başçıları nədənsə göz yumdular. İndisə onun yerini Elxan Zeynalov tutub. Bu həmin o adamdır ki, uzun müddət Torpaq şöbəsinin qaranlı otağında E. Məmmədovla qaranlıq işlərlə məşğul olub. Görünür Qərib Məmmədov Elxan Zeynalovdan sərfəlisini tapa bilməyib. Bu adamlar Saatlının kasıb təbəqəsinə əməlli başlıca qənim kəsiliblər. Saatlının 100min hektarlarla torpağını satmağdan gözləri heç vaxt doymayıb. Artıq boş torpaq qalmadığını görən E. Zeynalov örtülü və açıq korrektorların həmçinin su kanallarının qoruma zolaqlarını hərraca çıxarıb. Torpaq şöbəsinin alverçiləri hətta Qıraqlı kəndində kasıbların yola çıxışını satmaqdan belə çəkinmirlər.