Prezidentdən haqq-ədalət istədi
28-11-2012, 12:45
Oxunub: 5 203
“Cənab prezident, Azərbaycanda nə vaxt haqq-ədalət bərpa olunacaq?”
İsmayıllı rayon Mican kənd sakini Nizgan Fətəliyeva Prezident İlham Əliyevə müraciət edib. Sakin müraciətini “Qafqazinfo”ya da göndərib.
N.Fətəliyeva müraciətində cavan oğlunun qatillərinin tapılması üçün müvafiq addımlar atılmadığını bildirir və dövlət başçısından bu yöndə konkret addımlar atılması üçün aidiyyatı qurumlara tapşırıq verməsini xahiş edib: “Cənab prezident Azərbaycanda nə vaxt haqq-ədalət bərpa olunacaq? Biz sadə insanların hüquqları nə vaxt qorunacaq? Bu ədalətsizliyə qarşı 2006-cı ildən bu günədək mən və ailəm mübarizə aparırıq heç bir nəticə əldə edə bilmirik. Belə ki, 6 avqust 2006-ci ildə oğlum Fətəliyev Rahim Zakir oğlu İsmayıllı rayonunda xüsusi amansızlıqla döyülərək öldürülüb. Bununla əlaqədar İsmayıllı rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü bəndinə əsasən cinayət işinə başlayıb və sonradan guya cinayətkarları tapmaq mümkün olmadığından iş dayandırılıb.
Baş Prokuror Zakir Qaralovun qəbulunda olduqdan sonra sözü gedən cinayət işini Ağır Cinayətlərə dair İstintaq İdarəsinə verilib. Ancaq təəssüflər olsun ki, 18 fevral 2011-ci ildə istintaq dayandırılıb. Hətta nazirlər tərəfindən verilən tapşırıqlar yerinə yetirilmir. Çünki, daxili işlər naziri cinayət axtarış idarəsinin işçilərinə tapşırıq verib nəzarəti öz üzərində saxlayacağını bildirsə də bu günədək heç bir nəticə əldə olunmayıb. Cənab Prezident Sizdən xahiş edirəm mənim oğlumun qatillərinin tapılmas;na və qanunun aliliyinin bərpasına kömək edəsiniz”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər