BolgeXeber.Com » Bölgə » İcra başçısı darvazalar üçün 500 manat tələb edir

İcra başçısı darvazalar üçün 500 manat tələb edir

29-11-2012, 12:15
Oxunub: 8 159 İmişlidə abadlıq və quruculuq işləri ilə məşğul olan şirkətlər bu iş müqabilində rayon icra hakimiyyətindən 12 milyon manat almalı olsalar da, bu vəsait onlara ödənilmir.

Bu səbəbdən də həmin şirkətlərdə çalışan əməkdaşların əmək haqqı verilmir. Bu barədə məlumatı AzNews.az-a rayon sakinləri verib.

Bundan başqa abadlıq işləri çərçivəsində rayon mərkəzindəki şəxsi evlərin darvazaların sökülərək yeniləri ilə əvəzlənməsi nəzərdə tutulurdu. Lakin vəsaitin ödənməməsi səbəbindən darvazaların yeniləri ilə əvəz edilməsi prosesi yarımçıq qalıb: “Bütün darvazalar sökülüb, ancaq yeniləri qoyulmayıb. Sakinlər rayon icra hakimiyyətinin binası qarşısında toplaşıblar. Ancaq onlara bildirilib ki, yeni darvazalar sakinlərin öz vəsaiti hesabına qoyulmalıdır. Bunun üçün isə hər evdən 500 manat tələb edilir”.