Quba üsyanına qurulan məhkəmədə qalmaqal
29-11-2012, 15:45
Oxunub: 5 449
Quba rayon Məhkəməsində bu il martın 1-də Qubada baş vermiş hadisələrdə təqsirləndirilən 8 nəfərin işi üzrə məhkəmə iclası növbəti dəfə təxirə salınıb.
İclas noyabrın 29-u saat 10-a təyin olunsa da, hakim bəzi vəkillərin məhkəmə iclasına gəlmədiyini əsas göstərib prosesi dekabrın 5-dək təxirə salıb. Təqsirləndirilənlər və onların qohumları buna etiraz ediblər. Onlar bildiriblər ki, avqustun 30-da başlanan məhkəmə prosesi tez-tez təxirə salınır, 3 ay keçməsinə baxmayaraq, şahidlərin dindirmələri hələ də başa çatmayıb.
Təqsirləndirilən şəxslər hər dəfə məhkəməyə gətirilib-aparılmalarının onlara mənəvi, psixoloji və fiziki əziyyət olduğunu bildiriblər.
Hakim isə zaldakı etirazlara cavab verməyərək məhkəmə salonunu tərk edib.
Məhkəmə binasından çıxarılan təqsirləndirilən şəxslər və qohumları etirazlarını bina qarşısında davam ediblər.
Bu il martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Etiraza səbəb sabiq icra başçısının sosial şəbəkələrdə yayılan çıxışı olub. Etirazçılar həmin çıxışda icra başçısının qubalıları təhqir etdiyini bildiriblər.
Aksiya toqquşmalar və zorakılıqla müşayiət olunub. İcra hakimiyyətinin yardımçı binaları və Rauf Həbibovun şəxsi evi yandırılıb.
30 nəfər məsuliyyətə cəlb olunub. Onlardan 12-si həbs edilib. azadlıq radiosu
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər