BolgeXeber.Com » Bölgə » Masallıda partlayış nəticəsində zərərçəkənlərin ailələrinə birdəfəlik yardım ayrılıb
Masallıda partlayış nəticəsində zərərçəkənlərin ailələrinə birdəfəlik yardım ayrılıb
8-02-2011, 15:55
Oxunub: 7 740
Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov əmr imzalayıb
Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Masallıda Telekommunikasiya Qovşağında baş vermiş partlayış nəticəsində həlak olan, yaralanan şəxslərin ailələrinə birdəfəlik yardımlar ayrılması barədə əmr imzalayıb. Bolgexeber-in məlumatına görə, bu barədə hadisə yerində jurnalistlərə açıqlama verən Nazirliyin aparat rəhbəri Vidadi Zeynalov məlumat verib.
Həlak olan şəxslərin ailələrinin hər birinə 5 min manat, xəstəxanada müalicə olunanların hər birinə isə 2 min manat, xəstəxanada ilkin tibbi yardım göstəriləndən sonra buraxılan şəxslərin isə hər birinə 1000 manat olmaqla birdəfəlik yardım göstəriləcək. Aparat rəhbəri onu da bildirib ki, bundan sonra xəstəxanada olanların bütün ehtiyacları Nazirlik tərəfindən ödəniləcək.
Rayonda telefon rabitəsini bərpa etmək üçün isə Bakıdan avadanlıqlar gətirilib. Axşam saatlarına qədər kəndlərdə telefon rabitəsinin bərpa olunacağı gözlənilir.
Telekommunikasiya Qovşağına dəyən ziyanın məbləği hələ hesablanmayıb. Nazirlik rəsmisi, həmçinin ATS-də olan bir sıra avadanlıqların istifadəsinin mümkün olduğunu da açıqlayıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər