BolgeXeber.Com » Bölgə » Bərdədə “Gənclərin həyatında kitab mütaliəsinin rolu” adlı dəyirmi masa təşkil edilib-FOTO
Bərdədə “Gənclərin həyatında kitab mütaliəsinin rolu” adlı dəyirmi masa təşkil edilib-FOTO
30-08-2017, 17:49
Oxunub: 7 909
Bərdə rayon Səməd Vurğun adına Mərkəzi kitabxanada kitabların təbliği məqsədi ilə “Gənclərin həyatında kitab mütaliəsinin rolu” adlı dəyirmi masa təşkil edilib
Tədbirdə rayon ziyalıları, gənclər və kitabxananın fəal oxucuları iştirak edib.
Tədbiri oxuculara xidmət şöbəsinin müdiri Almaz Zülfüqarova açıb və tələbə adını qazanmış gəncləri təbrik edib. O bildirib ki, “İnsan zəkasının inkişafında müstəsna rol oynayan mütaliə eyni zamanda onun mənəvi inkişafı, digər insanlarla müasibəti, gündəlik hadisələrə baxış tərzi, qərarların verilməsi və s. məsələlərdə də mühüm rol oynayan əsas amillərdən biridir”.
Tədbirdə iştirak edənlərdən Cəfərov İbrahim bildirib ki, “Kitab oxuma alışqanlığı insanda tərbiyəvi bir xüsusiyyətdir. Bir çox məsələ kimi bu da insanda kiçik yaşlarından, hətta, bəzi alimlərə görə ana bətnindəykən başlayar”.
Bundan başqa tədbir iştirakçılarından Tahirə Mustafayeva, Tərlan Əliyeva mütaliəyə maraq yaratmaq haqqında çıxışlar ediblər.
Sonda Bərdə rayon MKS- direktoru Havva Mirzəyeva bir daha ali məktəblərə yeni daxil olumuş gəncləri tələbə adı qazanması münasibəti ilə təbrik edib və dərslərində müfəfiqiyyətlər arzulayaraq onları eyni zamnada bundan sonra kitabxanalardan daha çox istifadə etməyə çağırıb. Havva xanım onu da qeyd edib ki, “Unudulmamalıdır ki, kitablar fikir müharibəsinin silahlarıdır. Oxuyan və oxuduğunu yaxşı dəyərləndirməyi bacaran insan hər zaman öndədir, fərqlidir, mübahisə və müzakirə bacarığı yaxşı olan biridir”.
Bolgexeber.com





Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər