Gəncədə orta məktəblərdə rəzalət – 80 manata məktəbli forması satılır
4-09-2017, 17:53
Oxunub: 2 893
Gəncə şəhərində orta məktəblərin 1-ci sinfinə gedəcək şagirdlərdən məcburi şəkildə yeni geyim forması almaq tələb olunur
Bizimxeber.az-a daxil olan məlumata görə, Gəncə şəhər məktəblərində Elmar Vəliyevin tapşırığı ilə şəhərin abadlaşdırılması üçün müəllimlərdən 20 manatdan pul yığılması biabırçılığı KİV-də işıqlandırıldıqdan sonra bu proses müvəqqəti olaraq dayandırıldı.
Şəhər rəhbərliyi və Təhsil Şöbəsinin Elmar Vəliyevin nəzarətində olan rəhbəri Zakir Hüseynov məsələnin ictimai rezonans doğurmasından ehtiyat edirlər.
Keçən tədris ili məktəblərin hazırlıq qruplarında oxuyan uşaqlara tədris ilinin ikinci yarısında məktəbli forması aldırılmışdı. İndi bu uşaqlar birinci sinfə gedir, amma buna baxmayaraq məcburi şəkildə uşaqlara yeni forma aldırırlar. Dəyəri 40-45 manat olan bu məktəbli formasına şəhərin 25, 2, 1, 5 saylı məktəblərində 75 manat; 10, 12, 14, 39, 13 saylı və digər orta məktəblərdə isə hətta 80-85 manat pul gətirmək valideynlərdən tələb olunur.
Həmin formanın tamamilə eynisini valideyn hansı mağazadan alsa belə, bu qəbul edilmir. Valideynlərdən 80-85 manat pul gətirmək tələb olunur. Bu işdə məktəb direktorları xüsusi canfəşanlıq göstərir.
Bizimxeber.az-a daxil olan məlumatda qeyd olunur ki, bu məktəbli formaları Yevlax şəhərində olan “Lalə” tekstil fabrikinin məhsullarıdır və bu fabrik Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə məxsusdur.
Gəncə şəhərində yerləşən orta məktəblərin bütün şagirdlərindən məcburi şəkildə bu fabrikin məhsullarından almaq üçün 80-85 manat tələb olunduğunu nəzərə alsaq, kifayət qədər böyük məbləğ alınar. Görünür ki,şəhər rəhbərliyi və Təhsil İdarəsinin müdiri Zakir Hüseynov yeni qazanc mənbəyi tapıb.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər
- 13-04-2024, 14:14 : Dilanın Bakıdakı gözəllik mərkəzi satışa çıxarıldı
Şou-Biznes