BolgeXeber.Com » Bölgə » Yeni icra başçıları təyin olunacaq

Yeni icra başçıları təyin olunacaq

3-12-2012, 11:00
Oxunub: 4 916 Rayonlara yeni icra başçıları təyin olunacaq

Bir neçə gün öncə Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi, rayon və şəhər icra hakimiyyəti başçılarının iştirakı ilə müşavirənin keçirilməsi haqqında xəbər vermişdik.
AzNews.az-a Administrasiyadakı qaynaqlardan daxil olan məlumata görə, ilin sonu, 2013-cü ilin ilk üç ayı içərisində Bakı şəhərinin rayonlarını çıxmaq şərtilə yerli icra hakimiyyəti başçılarını yeniləri əvəz edəcək.

Məlumata görə, bu proses iki-üç mərhələdə aparılacaq. Birinci mərhələdə 4-5, ikinci-üçüncü mərhələdə isə ümumilikdə 6-ya yaxın içra hakimiyyəti başçısı vəzifələri ilə vidalaşacaq.

Məlumatda o da vurğulanır ki, vəzifələrindən uzaqlaşdırılacaq icra başçıları yeni təyinatla “mükafatlandırılmayacaqlar”. Yəni əvvəllər olduğu kimi bir rayondan çıxarılaraq başqa bir rayonun icra başçısı vəzifəsinə təyin edilməyəcəklər.