Lənkəran təhsilində yeni həbslər gözlənilir
4-12-2012, 12:05
Oxunub: 5 812
Başçı isə islahat aparır.
Lənkəran İcra hakimiyyəti Ərazi idarəetmə və yerli özünüidarəetmə şöbəsinin müdiri Sərraf Heydərov (O, əvvəllər rayon ƏMMS-nin müdiri işləyib) daşıdığı vəzifədən azad edilib. Bu vəzifə müvəqqəti olaraq hazırda həmin təşkilatda İnformasiya bölməsinə rəhbərlik edən Əlimərdan Əliyevə həvalə olunub. Bu, Taleh Qaraşovun Lənkərana icra başçısı təyin edildiyi 7 ay müddətində 2-ci kadr dəyişikliyidir. Bundan əvvəl İqtisadiyyat məsələləri üzrə müavin Rüstəm Qurbanov vəzifəsindən azad edilmişdir. Əvvəllər həmin vəzifədə çalışmış İlkin Rəhimov yenidən bu vəzifəyə gətirilib.
Lənkərandan Dia.az-a daxil olan 2-ci xəbər buradakı Humanitar Kollecin sabiq direktoru Cahangir İbrahimovla bağlıdır. Redaksiyaya daxil olan məlumata görə, onun fəaliyyəti ilə bağlı istintaq işi aparılır.
Məlum olduğu kimi, Humanitar Kollecin bir qadın müəllimi bir müddət əvvəl 3500 manatlıq rüşvət ittihamı ilə həbs edilmişdi. Həmin qadın qısa müddət ərzində həbsdən azad edilsə də, rüşvət qalmaqalı gündəlikdən çıxmamışdı.
Yayılan məlumatlara görə, rüşvət alarkən tutulan müəllim pulu özü üçün almadığını, bu işdə vasitəçi olduğunu bildirib. Hazırda Humanitar Kollecin keçmiş məzunları və indiki tələbələri tez-tez istintaqa dəvət edilir. 70 yaşlı, 20 ildən artıq Humanitar Kollecin direktoru işləmiş Cahangir müəllimin isə son vaxtlar gözə görünməməsi bir sıra şübhələrə səbəb olub. Bəziləri isə hətta onun həbs olunduğu barədə söhbətlər yayılıb. Digərləri deyir ki, həbs olunub, bir müddətdən sonra buraxılıb. Rəsmi mənbələr isə yayılan şayiələri təsdiq etmir və bildirir ki, C. İbrahimovun həbs olunması barədə məlumatlar doğru deyil.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər