Şamaxılılar kimi başçı görmək istəyir? - Müraciət...
19-09-2017, 10:55
Oxunub: 3 934
Şamaxı sakinləri rayonda yaranmış böhranın aradan qaldırılması üçün ölkə rəhbərliyinə müraciət etməyə hazırlaşır
Bu barədə Qlobal.az-a rayondakı mənbələrdən məlumat verilib.
Məlumata görə, son vaxtlar rayonda maldarlıqla məşğul olan fermerlərin böyük əksəriyyətinin torpaqları rayon rəhbərliyi tərəfindən zəbt edilib. Sahibkarların əllərindən torpaqları alan icra hakimiyyətinin işçiləri bu əməllərini ölkə başçısının pambıqçılıqla bağlı verdiyi məlum fərmanla əsaslandırırlar. Ancaq yerli fermerlər rayon İcra Hakimiyyətinin bu arqumentini əsassız sayırlar. Belə ki, fermerlərin iddialarına görə, torpaqları əllərindən alınan fermerlər sadə həyat sürən, yuxarı vəzifələrdə heç bir qohumu-tanışı olmayan şəxslərdir. Əks halda Şamaxı rayonunda bəzi idarə və müəssisə rəhbərlərinin fermalarının torpaqları da əllərindən alınmalıydı. Ancaq əksinə, onlar yaranmış vəziyyətdən istifadə edərək torpaq sahələrinin ərazisini daha da genişləndirirlər.
Saytımıza verilən məlumata görə, rayondakı hüquqi nihilizmin əsas baiskarı rayon icra hakimiyyətinin başçısı Asif Ağayevdir. İcra başçısının rayonda apardığı yanlış siyasət nəticəsində rayonda sosial-iqtisadi vəziyyət artıq dözülməz həddə çatıb. Ard-arda bağlanan obyektlərin, müflis olan fermərlərin sayı gündən-günə artmaqdadır. Əlverişli coğrafi şəraiti olan Şamaxı rayonunda turizmin inkişafı da sıfır səviyyəsindədir. Buna görə də, yerli əhali arasında işsizlik yüksək səviyyədədir.
Məlumata görə, dözülməz şəraitdə yaşayan şamaxılılar acınacaqlı durumdan yaxa qurtarmaq üçün Prezident İlham Əliyev cənablarına müraciət etməyə hazırlaşırlar. Edəcəkləri müraciətdə isə şamaxılıların 2004-2006-cı illərdə Şamaxı Rayon İcra Hakimyyətinin başçısı vəzifəsində işləmiş, hazırda isə ƏSMM nazirinin müavini vəzifəsində fəaliyyət göstərən Natiq Məmmədovun yenidən Şamaxı rayonuna başçı təyin olunmasını ölkə başçısından xahiş edəcəklər. Onların bu istəyinə səbəb isə 2004-2006-cı illərdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı olmuş Natiq Məmmədovun rayonun sosial-iqtisadi, abadlıq-quruculuq sahəsində misilsiz işlər görməsidir. Məlumata görə, məhz bu amillərə görə, 10 ildən artıq zaman keçməsinə baxmayaraq, Natiq Məmmədovun şamaxılılar arasında böyük nüfuzu qalmaqdadır.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər