Füzuli rayon Təhsil şöbəsində daha bir rüşvət qalmaqalı
5-12-2012, 12:50
Oxunub: 5 153
Məktəb drektoru vəzifəsi üçün alınan 6 min manat pulu verən şəxs ölsə də...
Füzuli rayon sakini yerli məktəblərdən birinə drektor təyin edilməsi üçün 6 min manat pulu Təhsil şöbəsinin müdiri Almaz Həşimovaya verib. Təəssüflər olsun ki, drektor seçilmək istəyən şəxs vəfat edib. Buna görə də sözvdələşmə yarımçıq qalıb.
Bu barədə pia.az-a Füzuli rayonundan daxil olan məlumatda bildirilir. Məlumatda o da bildirilir ki, mərhumun dəfnindən sonra yaxınları A. Haşımovaya verilən pulun geri qaytarılmasını tələb ediblər. Amma Təhsil Şöbəsinin müdiri pulu vermək istəmədiyi üçün vaxtı uzatmağa çalışıb.
Məlumata görə, drektor vəzifəsi üçün verilən pulun üstündən xeyli müddət keçməsinə baxmayaraq, pul geri qaytarilmayib. Daha sonra, mərhumun yaxınlarının jurnalistlərə müraciətindən sonra təlaşa düşən Almaz Həşimova, aldığı rüşvəti geri qaytarmalı olub.
Digər bir iddiaya görə, Almaz Həşimova drektorların əli ilə müəllimlərin aylıq maaşından davamlı olaraq pul yığır. Bildirilir ki, şöbə müdiri bu pulları İcra başçısı Alı Alıyevin tapşırığına əsasən yığır.
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq…
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər