BDU-da oxuyan 19 yaşlı qız intihar etdi...
7-12-2012, 11:30
Oxunub: 5 009
Gənc qızı intihara sürükləyən kim oldu? BDU-da oxuyan 19 yaşlı qız intihar etdi. Dekabrın 5-də Bakıda kirayə qaldığı mənzildə meyiti tapılmış qızın intihar etdiyi məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, Yevlax rayonunda doğulub, məktəbi bitirmiş 1993-cü il təvəllüdlü Qasımova Nərgiz Kərim qızı Nizami rayonu, Naxçıvanski küçəsi ev 12-də özünü zəhərləyib. Gənc qızın meyiti bir neçə gün sonra tapılıb. Hadisə vaxtı isə o, evdə tək olub.
*****
06 Dekabr 2012 12:37
Dekabrın 5-də Bakıda meyiti tapılmış tələbə qızın ölümü ilə bağlı bəzi məqamlar məlum olub.Lent.az-ın əldə etdiyi məlumata görə, Yevlax rayonunda doğulub, məktəbi bitirmiş 1993-cü il təvəllüdlü Qasımova Nərgiz Kərim qızı Nizami rayonu, Naxçıvanski küçəsi ev 12-də nənəsi ilə birlikdə kirayədə qalıb. Bakı Dövlət Universitetinin fizika fakültəsinin 3-cü kursunda oxuyan qızın nənəsi keçən həftə rayona gedib. N.Qasımova evdə tək qalıb. Həftənin birinci günü isə o, dərsə getməyib. Tələbə yoldaşları zəng vursalar da, 19 yaşlı qız telefona cavab verməyib. Bu, hal 2 gün davam edib. Nəhayət rayondan ailə üzvləri və tələbə yoldaşları həmin ünvana gəliblər. Onlar gənc qızın meyitini yatağında aşkarlayıblar.
******
6 Dekabr 10:51
Son vaxtlar gənclər arasında qəfil ölüm hadisələrinin sayı kəskin artıb. Lent.az-ın məlumatına görə, belə hadisələrdən biri dekabrın 5-də Bakı şəhərinin Nizami rayonu ərazisində qeydə alınıb. 1993-cü ildə Yevlax rayonunda anadan olmuş və Bakıda yaşayan Qasımova Nərgiz Kərim qızı qəfil ölüb.
Məlumata görə, qəfil dünyasını dəyişmiş qız Bakı Dövlət Universitetinin 3-cü kurs tələbəsi olub. Onun ölüm səbəbi hələlik məlum deyil. Ölüm faktı ilə əlaqədar ekspertiza təyin edilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər