Nazirliyin vəzifəli şəxsi işdən qovuldu
12-02-2011, 13:05
Oxunub: 7 902

Yardımlı rayon ƏSMM-nin direktoru işdən çıxarıldı
Dünən Masallıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhaliyə xidmətin göstərilməsi və vətəndaş müraciətlərinə baxılması sahəsində vəziyyətin daha da dərindən araşdırılması məqsədilə cənub bölgəsində yerləşən 8 rayonun yerli strukturlarının iştirakı ilə Zona müşavirəsi keçirilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr sektorundan Bolgexeber.com-a verilən məlumata görə, müşavirədə iş yerlərində əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi, ünvanlı dövlət sosial yardımının təyinatı və ödənişi, tibbi-sosial ekspertiza müayinələrinin aparılması, əlillərin reabilitasiyası, işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatı sahələrində həyata keçirilən tədbirlərdən söz açılaraq, eyni zamanda yerli strukturlar tərəfindən vətəndaşların müraciətlərinə baxılması, şəffaflığın təminatı sahəsində görülən işlər geniş müzakirə olunub. Görülən işlərin müsbət nəticələri qeyd olunmaqla, vətəndaşlara xidmət sahəsində yol verilən nöqsanlar da diqqətə çatdırılıb.
Bildirilib ki, yerli qurumlar tərəfindən bəzən vətəndaş müraciətlərinə laqeyd yanaşılması, onlara münasibətdə qeyri-mədəni davranış halları insanlarda ümumi narazılığın yaranması, müxtəlif instansiyalara şikayət məzmunlu ərizələrin ünvanlanması ilə nəticələnir.
Bu istiqamətdə tədbirlərin davamı kimi, Yardımlı rayon ƏSMM-nin direktoru işində yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən azad edilib, ayrı-ayrı əməkdaşlar haqqında intizam tədbirləri görülüb. Belə tədbirlər bundan sonra da davam etdiriləcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər