BolgeXeber.Com » Bölgə » Azərbaycanda göldə adam batıb

Azərbaycanda göldə adam batıb

9-12-2012, 09:25
Oxunub: 3 247
Fövqəladə Hallar Nazirliyi Şəmkirdə göldə batdığı ehtimal olunan adamın axtarışlarına başlayıb. Trend FHN-in rəsmi saytına istinadən məlumat verir ki, Şəmkir rayonu, Qapanlı kəndi ərazisində 1945-ci il təvəllüdlü Yunis Allahverən oğlu Kazımovun süni göldə batdığı ehtimal olunur.

Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıblar.