Goranboyun 5 məktəbində aparılan təmir işləri başa çatır
9-12-2012, 18:05
Oxunub: 5 033
Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, 2012-ci il ərzində Goranboy rayonunda 9 məktəb binasının inşasına başlanılıb. Bilik Günündə binaların 4-ü istifadəyə verilib. Digər 5 ümumtəhsil məktəbində isə son tamamlanma işləri həyata keçirilir.
Goranboyun Yeni yol, Məşədiqaralar, Alpoud, Dəyirmanlar və Faxralı kəndlərində tikilən məktəblərdə yanvar ayından dərslərin keçirilməsinə başlanacaq. Bununla da 1000 nəfərdən çox şagird yeni məktəb binasında təhsil alacaq.
Yeni inşa edilən məktəb binaları günün müasir tələbləri səviyyəsində qurulur. Məktəblərin qızdırılması məqsədilə qazanxana və iri tutumlu su anbarları da inşa edilir. Binalar yeni avadanlıq və inventarla təchiz olunur. Tikililərdə sinif otaqları, fənn kabinetləri, laboratoriyalar və idman zalları da müasir şəkildə qurulur. Bundan başqa, məktəblər kompüterlə də təchiz edilir. Goranboy rayonu ərazisində məktəb inşası 2013-cü ildə də davam etdiriləcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər