67 yaşlı qadın qonşusu tərəfindən döyüldü - KREDİT ÜSTÜDƏ
31-10-2017, 12:00
Oxunub: 4 983
Tovuzda qadın kredit üstə döyülüb
Bolgexeber.com trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Alakol kəndində baş verib. Kənd sakini, 1950-ci il təvəllüdlü Hüseynova Qüdrət Annağı qızı qapalı kəllə beyin travması ilə komatoz vəziyyətdə xəstəxanaya çatdırılıb.
Araşdırmalar zamanı məlum olub ki, Q.Hüseynova qonşusu tərəfindən döyülüb. Q.Hüseynovanın qonşusu bankların birindən kredit götürüb. Qonşunun xahişi ilə Q.Hüseynova ona zamin dayanıb. Bir müddətdən sonra qonşu banka olan borcunu ödəməyib və nəticədə bank zaminin maaş kartından həmin məbləği tutub. Q.Hüseynova buna etiraz edib və qonşusundan həmin məbləği istəyib. Kredit götürən şəxslə Q.Hüseynova arasında mübahisə yaranıb və qonşusu qadını xüsusi amansızlıqla döyüb. Nəticədə qadın zərbələrdən qapalı kəllə beyin travması alıb və komaya düşüb.
Hazırda xəstəxanada olan qadının vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma aparılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər