Folklor paytaxtı Masallıda ilin son tədbiri keçirilib
16-12-2012, 18:05
Oxunub: 6 315
Respublikanın mədəniyət naziri Əbülfəs Qarayevin 2 fevral 2012-ci il tarixli 37 saylı əmrinə əsasən Azərbaycanın Folklor Paytaxtı elan edilmiş Masallı şəhərində dekabrın 15-də ilin yekun tədbiri keçirilib.
Bolgexeber.com APA-ya istinadən xəbər verir ki, Rayon Gənclər Mərkəzində yerli icra strukturları rəhbərlərinin, Mədəniyyət nazirliyi nümayəndələrinin, KİV əməkdaşlarının iştirakı ilə keçən tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti başçısının müavini, Təşkilat Komitəsinin sədri Nəsir Muxtarlı açaraq, folklor ili çərçivəsində Masallıda “Azərbaycan folkloru mənəvi sərvətimizdir” mövzusunda elmi-praktik konfransın və Beynəlxalq folklor festivalının keçirildiyini, toplanmış folklor nümunələrinin kitab halında nəşr olunduğunu, məşhur “Halay” folklor kollektivinin fəaliyyəti haqqında sənədli ekran əsərinin lentə alındığını, rayonun ayrı-ayrı kənd və qəsəbələrində çoxlu sayda yeni folklor kollektiv və ifaçıların meydana çıxdığını bildirib. Bu tədbirlərdə rayonun 118 bədii özfəaliyyət kollektivi, onların 2800 üzvü öz bacarığını nümayiş etdirib.
Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət və siyasət şöbəsinin müdiri Fikrət Babayev isə çıxışında folklor ili çərçivəsində Masallıda keçirilən Beynəlxalq folklor festivalının böyük əks-səda doğurduğunu, indiyədək iştirakçıların yüksək qonaqpərvərliklə qarşılanması barədə nazirliyə və rayon rəhbərliyinə təşəkkür məktublarının gəldiyini diqqətə çatdırıb.
Respublika Folklor İnstitutunun direktoru Muxtar İmanov da çıxışında Masallı rayonunun zəngin folklora məxsus bölgələrdən olduğunu xüsusi qeyd edib. Millət vəkili Fəzail İbrahimli isə folkloru xalqın mənəvi dəyərinin zənginliyi ilə əlaqələndirərək, Masallı sakinlərinin bu sahədə qazandığı uğurları təqdirəlayiq hesab edib.
Daha sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov folklor ilində fərqlənən kollektivlərə və ayrı-ayrı ifaçılara diplomlar, Fəxri fərmanlar və mükafatlar təqdim edib.
Folklor ilininin yekun tədbiri incəsənət ustalarının maraqlı konsert proqramı ilə başa çatıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər