Dövlət Sosial-İqtisad Kollecində qalmaqal
18-12-2012, 10:30
Oxunub: 4 893
Tələbə qızın atası məktəbə gələrək direktorla dalaşıb, bir-birinin ünvanına kəskin sözlər deyən tərəfləri müəllimlər güclə sakitləşdiriblər
Qazax Dövlət Sosial-İqtisad Kollecində qanunsuzluq hökm sürür. Bu barədə Pia.az-a rayondan bildiriblər. Məlumatda görə, kollecin müdiri Elşad müəllim gözdən və könüldən uzaq olan təhsil müəssisəsini bazara çevirib. Belə ki, burada tələbələrin anacaq adı jurnalda qeyd olunub. Ancaq dərslərdə demək olar ki, cüzi sayda tələbə iştirak edir.
Məlumata görə, kollec müdiri tələbələri ancaq imtahandan-imtahana məktəbə çağırır. Bir neçə ay müddətində məktəbdə görünməyən əyani təhsilli tələbələrin isə sessiyaya gələrəkən Elşad müəllimə nə az, nə çox 1000 manat ödədiyi bildirilir. Onun sözlərinə görə, maliyyə məsələlərinə kollec müdirinin yaxın qohumlarından biri nəzarət edir. Bu şəxsin onun əmisi oğlu və ya qaynı olduğu da deyilir. Ancaq maraqlı fakt odur ki, kollec müdiri maliyyə məsələlərində bu yaxın şəxsdən başqa heç kəsə etibar etmir.
Məlumatda bildirilir ki, bir müddət bundan öncə kollecdə qalmqal yaşanıb. Daha doğrusu, tələbələrin valideynlərindən biri kollecə gələrək dava salıb. Davaya səbəb isə tələbənin aldadılması və təhqir olunması olub. Bildirilir ki, tələbə payız sessiyasında imtahanlarda müəllimlərə pul verib. Həmin tələbəyə isə qiymət yazılmayıb. O bununla bağlı kollec müdirinin yaxın qohumuna müraciət edib. Ancaq aldığı cavab onu qane etməyib. Kollecin maliyyə "müfəttişi" olan həmin şəxs bildirib ki, pulu kimə vermisənsə, qiyməti də ondan istə.
Problemin həll olunmadığını görən tələbə kollec müdirinə şikayət edib. Əvəzində isə kollec müdiri onunla kobud danışıb. Tələbə təhqir olunduğunu görüb valideynlərinə məlumat verib. Tələbə qızın atası isə məktəbə gələrək direktorla dalaşıb. Bir-birinin ünvanına kəskin sözlər deyən tərəfləri müəllimlər güclə sakitləşdiriblər.
Bundan sonra valideyn yuxarı dairələrə şikayət edəcəyin bildirib. Hazırda kollecdə ciddi gərginliyin olduğu bildirilir.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq…
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər