Lənkəranda tükürpədici qətl
20-12-2012, 10:55
Oxunub: 5 575
Avtobusda arvadına 20 bıçaq zərbəsi vurdu

Lənkəran rayonunda amansız qətl olub. Rayon Prokurorluğundan verilən məlumata görə, dünən saat 09 radələrində 39 yaşlı Fuad Kəlbiyev bıçaqla 34 yaşlı həyat yoldaşı Lətafət Ağayevanı qətlə yetirib.
O, həyat yoldaşına 20-yə yaxın bıçaq zərbəsi vurub. Dəhşətli qətl Tükəvilə kəndindən Lənkərana gələn sərnişin avtobusunda insanların gözü qarşısında törədilib. Qadın aldığı xəsarətlərdən yerindəcə keçinib. Qətlə səbəb kimi qısqanclıq göstərilir.
Bolgexeber.com-a verilən məlumata görə, hadisə ailədaxili münaqişə nəticəsində baş verib. Belə ki, Fuad Kəlbiyev həyat yoldaşına atası evinə getməməyi tapşırıb. Lətafət Ağayeva isə ata-anasını atmayacağını və tez-tez onlara baş çəkəcəyini deyib. Sonuncu növbəti dəfə atası evinə gedərkən həyat yoldaşı tərəfindən avtobusda qətlə yetirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər