Əhəd Abıyev "günahkar"ı tapdı
22-12-2012, 10:55
Oxunub: 5 693
"Daşkəsənin 110 hektar ərazisinin Gəncəyə verilməsinin razılıq məktubunu Tahir Kərimov verib"
Xəbər verdiyimiz kimi, Milli Məclisin “qiyamət günü”nə təsadüf edən 21 dekabr iclasında Gəncə şəhərinin, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonlarının sərhədlərində qismən dəyişikliklər edilməsi haqda qanun layihəsi müzakirəyə çıxarılaraq qəbul olunub. Dəyişikliyə əsasən adıçəkilən rayonlardan ümumilikdə 2700 hektar torpaq sahəsi ayrılaraq Gəncə şəhərinin inzibati ərazisinə daxil edilib.
Cəmiyyətdə isə Gəncə şəhərinin ərazisinin bu yolla artırılması birmənalı qarşılanmayıb və mətbuat bu dəyişiklikləri icra başçısı Elmar Vəliyevin təkcə ölkənin ikinci paytaxtında deyil, bütövlükdə Gəncəbasarda əsas söz sahibi olmasının təsdiqi kimi yozmağa başlayıb. Hətta bəzi iddialara görə, adıçəkilən rayonların icra başçıları hər vəchlə müqavimət göstəriblər və bir qarış torpağın da Gəncə şəhərinə verilməsinə razılaşmayıblar. Ancaq sonda Gəncəbasarın “qubernator”una məğlub olaraq susmağa üstünlük veriblər...
Mətbuatdakı iddiaların həqiqəti əks etdirib – etdirmədiyini yəqinləşdirmək üçün Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyevlə əlaqə saxladıq. Başçı bildirdi ki, başqa rayonlar barədə bir şey deyə bilməz, ancaq Daşkəsənin ümumilikdə 110 hektar ərazisi Gəncəyə verilib və bu əsasən rayonun Bayan, Quşçu kəndlərinin, eyni zamanda Gəncə şəhərinə bitişik Gülüstan qəsəbəsinin ərazisini əhatə edib. Ə. Abıyev bildirdi ki, o sərhədlərin bu cür dəyişdirilməsinə etiraz etməyib, çünki birincisi, bu addım ölkə başçısının göstərişi və Nazirlər Kabinetinin qərarıyla həyata keçirilib, ikincisi də rəsmi razılıq məktubu ondan deyil, əvvəlki başçı Tahir Kərimovdan alınıb. Ə. Abıyev onu da bildirdi ki, Daşkəsən rayonuna rəhbərlik etməyə başladığı ilk gündən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi dəfələrlə ona rəsmi müraciət edərək ərazi kimi formal olaraq Daşkəsənə tabe olan Gülüstan qəsəbəsində zəbt olunmuş torpaqların boşaldılmasında israr edib, hətta bəzən onları münaqişəyə də cəlb etmək istəyiblər. Ancaq başçı özü şəxsən məsələ ilə yerindəcə tanış olub və əraziyə baxış keçirərək öyrənib ki, orada əsasən Kəlbəcərdən olan məcburi köçkünlər məskunlsaşıb və onların da çıxarılmaması ulu öndərin məlum sərəncamıyla tənzimlənir, yəni köçkünlər öz ata – baba yurdlarına qayıdanadək həmin məskunlaşma yerlərində qala bilərlər.Əhəd Abıyev onu da bildirdi ki, onsuz da orada boş ərazi qalmamışdı və hamısını ya məcburi köçkünlər zəbt ediblər, ya da kimlərəsə satılıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər