Sumqayıt məktəblərində rüşvət qalmaqalı
26-12-2012, 09:40
Oxunub: 4 925
Şəhər Təhsil İdarəsi orta məktəblərdən yığdığı pulları Misir Mərdanova verdiyini bildirir
Ötən günlərdə Sumqayıtdakı orta məktəblərdən birində baş vermiş pul yığımı ilə bağlı məlumat vermişdik. Bildirmişdik ki, 9 saylı orta məktəbin direktoru Heydər Əliyevin anım günü ilə əlaqədar gül alınması məqsədi ilə valideynlərdən 5 manatdan pul toplayıb.
Bolgexeber.com-a verilən məlumata görə, direktoru bunu hamıdan fərqlənmək və bahalı gül almaq üçün edildiyini desə də, sabiq prezidentin məzarı üzərinə ucuz güllərin qoyulması məsələsinin üstü açılandan sonra narazılıq düşmüşdü.
Sumqayıtda daha bir buna bənzər olay isə 38 saylı orta məktəbdə qeydə alınıb. Bolgexeber.com-a məlumat verən valideynlərin bildirdiyinə görə, məktəbin direktoru məktəbdə müxtəlif adlarla pul toplayır. Və bu tapşırığın Sumqayıt Şəhər Təhsil İdarəsindən gəldiyini bildirir.
Məlumatı verənlər deyirlər ki, hal hazırda şəhər orta məktəblərində fond pulu, süpürgə pulu, yeni il şənlikləri üçün pul yığmaqla məşğuldurlar. Bunun üçün tələb olunan məbləğlər isə 5-10 manat aralığında dəyişir.
Bundan əlavə, məktəb direktorları başqa bir səbəb də göstərirlər. Onlar iddia edirlər ki, yığdıqları bu pullar təhsil naziri Misir Mərdanova çatır. Və tapşırığı da Sumqayıt Şəhər Təhsil Şöbəsinə elə nazirin özü verib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər