BolgeXeber.Com » Bölgə » Oğuzun icra başçısının yaxın qohumunun adı zorlama işində

Oğuzun icra başçısının yaxın qohumunun adı zorlama işində

17-01-2013, 11:25
Oxunub: 6 239 RİH başçısı Eyvaz Qurbanovun həmkəndlisini zorlamış əmisi nəvəsini cinayət məsuliyyətindən necə qoruyur?

Redaksiyamıza Oğuz rayonunun Bucaq kənd sakini Allahverən Abdullayev tərəfindən şikayət məktubu daxil olub. Şikayətdə olduqca rüsvayçı məqamlar əksini tapdığından məsələyə bir daha aydınlıq gətirmək üçün şikayətçi ilə telefon əlaqəsi yaratdıq. A.Abdullayevin açıqlamalarından həqiqətən də şoka düşdük. Onun sözlərinə görə, oğlu ”? ” (adını hələki açıqlamırıq) 2012-ci ilin dekabrın 31-də Oğuz rayonunun Bucaq kənd sakini, Oğuz RİH başçısı Eyvaz Qurbanovun əmisi nəvəsi ”? ” (hələki onun da adını yazmırıq) tərəfindən zorlamaya (qeyri-ənənəvi yolla cinsi əlaqə) məruz qalmışdır: ”…Lakin çox təəssüflər olsun ki, Oğuz RİH başçısı Eyvaz Qurbanovun tapşırığı ilə Oğuz RPŞ-nin rəisi Habil Əmiraslanov bu cinayəti ört-basdır edir. Mən rəsmi ərizə ilə polisə şikayət etmişəm, məni və oğluma zor tətbiq etmiş həmin şəxsi polisə dəvət etmiş, izahatlarımızı almışlar. Lakin rəis açıq şəkildə bildirib ki, başçının qohumudur, tapşırıb, mən heç nə edə bilmirəm, qoy Prezidentə müraciət etsinlər, mən başçı ilə bacarmıram... Lakin mən rəsmi şikayət versəm də ekspertiza təyin etmirlər və yalandan rəy tərtib edib işə əlavə etmək istəyirlər. Sadəcə məni kimsəsiz görüblər. Təsəvvür edin, oğlumu ekspert həkim çağırmayıbsa, o, hansı ekspertiza təyin edə bilər? Xahiş edirəm, səsimizi daxili işlər naziri Ramil Usubova, Baş Prokurora çatdırın. Elə etməsinlər ki, Prezidentə teleqram vurum. Cinayəti törətmiş cəzasını almalıdır. Başçının qohumu olsa belə…»
Məsələ ilə bağlı Oğuz RPŞ-nin rəisi Habil Əmiraslanova telefon etdik. Növbətçi hissədən bildirdilər ki, onunla calaşdıracaqlar.

“Təzadlar”