Gəncənin yeni polis rəisi kim ola bilər?
23-01-2013, 12:35
Oxunub: 6 291
Ölkənin ikinci şəhərinin polis rəsi olmaq uğrunda rəqabət başlayıb
Gəncə şəhər Baş Polis İdarəsinin rəisi işdən çıxarılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-ya bildirib ki, Gəncə şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rasim Musayev tutduğu vəzifədən azad edilməsi xahişi ilə Daxili İşlər Nazirliyinə raportla müraciət edib: “Onun müraciətinə baxılıb və Rasim Musayev daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə tutduğu vəzifədən azad edilib. Rasim Musayev Daxili İşlər Nazirliyinin Baş kadrlar idarəsinin sərəncamına götürülüb”.
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi postuna iddialılar hərəkətə keçib. Bunlardan biri İsmayıllı rayonunun polis rəisi Nizami Qocayev, Bakının Nizami rayon Polis İdarəsinin rəisi Nofəl Məhərrəmov və Xəzər rayon Polis İdarəsinin rəisi Faiq Şabanov təyinat uğrunda mübarizəyə başlayıblar.
Mənbələr isə Nizami Qocayevin şansının çox olduğunu bildirib. «N.Qocayev yüksək vəzifələr tutmuş, təcrübəli polis zabitidir, eyni zamanda hakimiyyət rəhbərliyində yüksək dəstəyi var. Eyni zamanda Gəncənin icra başçısı Elmar Vəliyev də onun polis rəisi təyin olunmasını istəyir» deyə mənbə vurğulayıb.
Qeyd edək ki, hakimiyyətdəki qaydalara görə yeni təyin olunan polis rəisləri ilə bağlı yerli icra başçısının müsbət rəyi də nəzərə alınır.
//”Bizim Yol”
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər