İsmayıllı zirehli texnikanın və silahlı dəstələrin əhatəsində
25-01-2013, 12:35
Oxunub: 5 673
Rayonun ətrafına və kəndlərinə zirehli texnikalar yeridilib; meşələrdə qara maskalılar var
İsmayıllıda gərgin vəziyyət davam edir. Bölgə müxbirimiz Elçin İsmayıllıdan aldığımız məlumata görə, rayon müxtəlif polis və təhlükəsizlik qüvvələrinin mühasirəsindədir. Rayona aparan bütün yollar nəzarətə götürülüb. Qonşu rayonlardan İsmayıllıya girişin qarşısını almaq üçün postlar qurulub. İsmayıllının kəndlərindən rayon mərkəzinə gətirən yollar da bağlanıb.
Rayonun ayrı-ayrı yerlərindən aldığımız xəbərlər bunlardan ibarətdir: Talısdan kəndində xeyli sayda silah-sursatla təhciz edilmiş canlı qüvvə və zirehli texnika var. Mican kəndi istiqamətində 2 BMP keşik çəkir. Qəbələ istiqamətindən Topçu meşələrinə MTN-in təxminən 300 nəfərə yaxın qara maskalıları yerləşdirilib. Qaraməryəm-Ağsu istiqamətində də silah-sursatla təchiz edilmiş xeyli canlı qüvvə cəmləşib.
Məlumatlara görə, rayonun kəndlərindən əhali mərkəzə gəlmək istəyir. Əsas yollar bağlı olduğundan insanlar meşələrdən keçməyə çalışır. Lakin meşələrdə yerləşdirilən qara maskalılar onların qarşısını alır.
Hadisələr başlayandan bəri təxminən 150 nəfərin həbs edildiyi deyilir. Həbs edilənlərin bir hissəsini Göyçaya və Qəbələyə aparılıb.
Məlumatlara görə, polis idarəsində saxlanılanlara dəhşətli işgəncələr verilir.
Rayon xəstəxanası qapalı rejimə keçirilib. Hadisələr zamanı xəsarət alıb xəstəxanaya yerləşdirilənlərdən hər hansı xəbər almaq mümkün deyil. Bəzi məlumatlara görə, polislər xəstəxananın baş həkimi Afdandil Rəhimovu döyüblər.
Rayonda polis və təhlükəsizlik qüvvələrinin əməliyyatlarını bələdçi qismində İsmayıllının polis rəisinin Şöhrət adlı müavini tənzimləyir. azadliq.info
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər