BolgeXeber.Com » Bölgə » Salyanda polis rəisinin özbaşınalığı səbr daşırır

Salyanda polis rəisinin özbaşınalığı səbr daşırır

28-01-2013, 11:50
Oxunub: 7 622 "Bizim Səbrimiz artıq tükənir. tək dolanışıq yerimiz olan pay torpaqlarımız zorla əlimizdən alınıb"

Salyan rayonunun Şorsulu kəndindən bir qrup vətəndaş PİA.AZ-a şikayət məktubu ünvanlayıb. Məktubda şikayətçilər öz pay torpaqlarının rayon pois şöbəsinin rəisi Fuad Məmmədli tərəfindən zorla əllərindən alındığından şikayətlənirlər.

Şikayət məktubunda bildirilir ki, Salyan rayon pois şöbəsinin rəisi Fuad Məmmədli və rayonun bir neçə vəzifəli şəxsi Şorsulu kəndində, Salyan Astara yolunun üzərində 500 hektarlıq əkin sahəsi olan məhsuldar torpaqları dəmir setkalarla hasara alıblar. Bildirilir ki, həmin ərazidə rəisin özəl təsərrüfatı fəaliyyət göstərir. Burda balıqçılıq təsərrüfatı, parpnikdə yetişdirilən tərəfəz təsərrüfatı, böyük heyvandarlıq təsərrüfatı və başqa təsərrüfat növləri var. Həmçinin rayonunun keçmiş və indiki vəzifə sahiblərinin bu ərazidə milyonluq villarının olduğu bildirilir. Elə buna görə də yerli əhali həmin ərazini «milyonerlər şəhərciyi» adlandırır.

Şikayəfçilərin bildirdiyinə görə ərazi tamamən çəpərlənib və xüsusi adamlar tərəfindən qorunur. Şorsulu camaatının pay torpaqlarına gedən həmin yol asvaltlanıb və yegenə girişdə şlaqbaum qoyulub. Şlaqbaumun qarşısında isə kimlikləri bilinməyən mühafizəçi postu fəaliyyət göstərir. Bu üzdən əraziyə rayon pois şöbəsinin rəisi Fuad Məmmədlinin icazəsi olmadan heç kim daxil ola bilmir:


«Çəpərlənmiş həmin ərazidə bizim pay torpaqlarımız yerləşir. Öncə həmin əraziyə «Azəryolservis» yol çəkdi. Sonra isə «Azəryolservis»in prezidenti Cavid Qurbanov yolun ərazidəki kəndçilər tərəfindən dağıldığını bildiridi və ərazinin çəpərlənməsini əmr etdi. Bundan sonra ərazini polislər qorumağa başladı və bizi həmin əraziyə buraxmadılar. Daha sonra isə bəzilərimizi polislə qoxudub pay torpaqlarımızı satmağa məcbur etdilər. Həmin ərazilər sənədlərdə heç də Fuad Məmmədlinin adına deyil. Amma ərazidəki təsərrüfatlar məhz ona məxsusdur. Ərazidə «qovaqlıq» deyilən yerdə, dövlət qoruğunun ərazisində çox bahalı villalar var. Bu vilların sahibləri Fuad Məmmədlinin dostlarıdır. Onların arasında Salyan raonunun keçmiş prokuroru Elxan Pənahovun, MTN Salyan rayon şöbəsinin keçmiş rəisi Elman Kərimovun, rayon İcra hakimiyyətinin birinci müavini Etibar Hüseynovun, rayon Torpaq və Xəritəçəkmə şöbəsinin müdiri Oqtay Kərimovun, həmçinin Qarağaşlı «Şəfa» broyler fabrikinin rəhbərinin vilları var. Bundan başqa həmin ərazidə Salyan raonunun keçmiş icra başçısı Rasim Bəşirovun villası olub. Lakin Fuad Məmmədli bilinməyən səbələrdən Rasim Bəşirovun villasını əlindən alıb və ona əraziyə daxil olmaq yasaqlanıb. Amma həmin ərazinin «özəlləşdirilməsində» ən böyük rolu məhz Rasim Bəşirov oynayıb. Məhz onun imzaladığı sənədlər əsasında həmin ərazi Fuad Məmmədliyə verilib».

Şikayətçilər bildirilər ki, onlar zorla və qanunsuz olaraq əllərindən alınmış həmin ərazilərin geri qaytarılması üçün bu günə qədər öz səslərini çıxara bilməyiblər. Çünki həmişə özlərini polis təzyiqi ilə üz-üzə hiss ediblər. Amma bundan sonra onların dözmək fikri yoxdur. Çünki onların yeganə dolanışıq vasitələri əllərindən alınıb və faktiki olaraq dövlət məmurunun vəzifədən sui-istifadə etməsinin qurbanı olublar.

Şikayətçilərin sözlərinə görə onlar bütün imkanlardan istifadə edib öz torpaqlarını geri qaytarmağa cəhd edəcəklər. Həm ölkə rəhbərliynə və hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edəcəklər, həm də şikayətlərinə baxmazlarsa, etiraz aksiyalarına başlayacaqlar. Həmçinin şikayətçilər bu məsələ ilə bağlı məhkəməyə müraciət edəcəklərini söyləyirlər: «Amma biz Salyan məhkəməsinin ədalətli qərar çıxarmasına inanmırıq. Çünki Salyan məhkəməsi tamamilə Fuad Məmmədlinin diqtəsi ilə çalışır. Salyanın polis rəisinin özbaşınalıqları bizim səbrimiz artıq daşdırır.».

Qeyd edək ki, bir müddət əvvəl Salyanın polis rəisi yaşadığı binada «lift»
qalmaqalı ilə gündəmə gəlmişdi. “Azadlıq” qəzetinə yazdığına görə Salyan şəhəri, Xəlil Rza Ulutürk prospekti, 32 ünvanında yerləşən 9 mərtəbəli binanın liftinə polis rəisi kilid vurub və açarını özüylə gəzdirir. Sakinlər şikayətlənmişdilər ki, bu liftdən həmin binanın 4-cü mərtəbəsində yaşayan, rayon pois şöbəsinin rəisi Fuad Məmmədli təkbaşına istifadə edir, qapısının ağzına kilid vurub, açarı isə yalnız ondadır. Bundan sonra Fuad Məmmədli məlumatı təkzib etsə də, həmin binanın sakinləri yenidən mətbu orqanlara müraciət edərək polis rəisinin liftdən təkbaşına istifadə etdiyni şikayətlənmişdilər.

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq …