BolgeXeber.Com » Bölgə » Zərdabda növbəti biabırçılıq

Zərdabda növbəti biabırçılıq

29-01-2013, 12:15
Oxunub: 6 044 İcra başçısı Lütvəli Babayevin qadına təcavüzündən sonra rayonu şoka salan başqa bir əxlaqsız olay baş verib

Zərdab rayonu Alıcanlı kəndində heç bir əxlaqa və insanlığa sığmayan dəhşətli olay baş verib. Aznews.az-ın yaydığı məlumata görə, sözügedən kəndin sakini, 7-ci sinif şagirdi olan qız (məlum səbəblərdən adı açıqlanmır) dünyaya uşaq gətirib.

Azyaşlının hamiləliyindən heç kəsin xəbərdar olmadığı bildirilir. Hadisə baş verən gün məktəbə gələn qızın ağrıları məhz təhsil müəssisəsində tutub. Təcili olaraq həkimə çatdırılan qızın hamiləliyi və uşağın doğulmaqda olduğu məhz bu zaman aşkarlanıb.

Zərdab Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Ruslan Nemətov AzNews.az-a açıqlamasında baş vermiş hadisəni təsdiqləsə də, bu barədə ətraflı danışmaq istəməyib: “Mən bu barədə heç bir məlumat verə bilmərəm. Kriminal hadisədir. Mənim bu barədə danışmağa ixtiyarım yoxdur. Iş Zərdab Rayon Polis Şöbəsində araşdırılır. Onların nəzarətində olduğuna görə, hadisə ilə bağlı ancaq Polis şöbəsi məlumat yaya bilər”.

Həmçinin məlumata görə, Zərdab Rayon Təhsil Şöbəsində toplantı keçirilib. Toplantıda 13 yaşlı ananın təhsil aldığı Alıcanlı kənd məktəbinin direktorunun fəaliyyəti sərt şəkildə tənqid olunub. Təhsil Şöbəsinin keçirdiyi iclasın əsas məqsədi informasiyanın yayılmasının qarşısını almaq olub.
Zərdabda başqa bir biabırçı hadisə ilə bağlı da bəzi təfərrüatlar məlum olub. Söhbət Zərdabın icra başçısı Lütfəli Babayevin rayon sakini Şəfəq Səfərəliyevaya təcavüz etməsi, sonra isə qadını şərləyərək həbs etdirməsindən gedir. Qadının keçmiş Yaqub Səfərəliyev və oğlu Aydın Aydınlı hadisə ilə bağlı etatist.com saytına geniş müsahibə veriblər. Onlar bildiriblər ki, icra başçısı iyrənc əməlindən sonra onlara kabinetinə dəvət edərək Şəfəq Səfərəliyevanın əxlaqsız olduğunu deyib. Lütfəli Babayev onlara “siz dəliqanlısız, birdən gedib o qadını öldürərsiz ha?! O qadını öldürməyin” deməklə guya onları cinayətdən çəkindirmək istəyib. Əslində icra başçısının planı Şəfəq Səfərəliyevanı keçmiş əri və oğlu vasitəsilə aradan götürmək olub. Qadının əri hadisə barədə deyib: “Şəfəq, Lütvəli Babayevin otağında olanda, müavini Pərvini çağırtdırıb, gələndən sonra Pərvinə him-cim edib, nə edibsə, Pərvin deyib ki, qoy gedim sənədi götürüm, gəlim. Çıxıb çölə. Gəlin qalıb içəridə. Oturandan sonra əlinin içini qıdıqlayıb. Sonra deyib ki, arxa tərəfdə otaq var, gör ərin buranı nə günə qoyub. O da deyib mənim ərim burda nə gəzir?! Lütvəli də deyib ki, sən nə danışıran?! Gəl otağa bax. Gələndə tutub boynunun dalından. Bu da çox açıqlaya bilmir nə edib. Oğlundan utandığı üçün”.
Yaqub Səfərəliyev əlavə edib ki, Şəfəq Səfərəliyevanı icra başçısının əlindən qurtulmaq üçün onun sifətini cırmaqlayıb.
Qadının bu məsələni ictimailəşdirməsi isə icra başçısının onu şərləyərək tutdurmasına səbəb olub.