BolgeXeber.Com » Bölgə » Zaqataladan üsyan xəbərləri gəlir

Zaqataladan üsyan xəbərləri gəlir

30-01-2013, 16:10
Oxunub: 5 161 Bəzi kəndlərin sakinləri rayon mərkəzinə doğru yürüşə başlayıblar

Zaqatalada rayonunda ara qarışıb. Belə ki, rayonun zəlzələdən əziyyət çəkən kəndləri o cümlədən Danaçı, Gözbaraxda, Aşağı Talada, Muxax və Çobankol kəndlərinin sakinləri rayon mərkəzinə doğru yürüşə başlayıblar.
Zaqataladan "musavat.com"a verilən məlumata görə, rayon sakinlərinin yürüşününü əsas məqsədi zəlzələ ilə bağlı hökumət tərəfindən söz verilib amma, tikintisi yarımçıq qalan evlərlə bağlıdır. Zəlzələ qurbanlarının rayon mərkəzində böyük aksiya keçirəcəyi gözlənilir.
...
Çərşənbə axşamı səhər saatlarında 150-yə yaxın insan Zaqatala şəhər icra hakimiyyəti binasının önünə gələrək, hökumətin vəd etdiyi kompensasiyaların ödənilməsini tələb ediblər. Bu rayonda 2012-ci ilin may ayında 6 bal gücündə zəlzələ baş verib, nəticədə minə yaxın evə ziyan dəyib.
Son günlər bir sıra kəndlərdə yerli hakimiyyətə problemlərin nəhayət həll edilməsi tələbi ilə qrup şəklində müraciətlər edilib və dövlət yardımının ədalətsiz paylanmasından narazılıq ifadə olunub.
Bu gün zərərçəkmiş kəndlərin nümayəndələri icra hakimiyyəti rəhbərinin yanına gələrək, nəhayət şikayətlərinə reaksiya verilməsini tələb ediblər.
Zaqataladakı mənbələrdən Turan-a verilən məlumata görə, saat 16-da vəziyyət sakit idi və insanlar hakimiyyətin cavabını gözləyirdilər.
Zəlzələdən sonra hökumət və prezident İlham Əliyev 2012-ci ilin sonlarına qədər bütün vətəndaşlara dəyən ziyanı ödəməyi vəd edib. İyunda 3500-ə yaxın ev, 35 məktəb tikintisi və minlərlə evin təmiri üçün 320 mln. manat ayrılıb. Lakin bu vədlər yerinə yetirilməyib.
FHNyanvarın 7-də guya 2984 ev və 22 məktəb tikildiyini bəyan edib. Lakin qeyri-rəsmi məlumatlara görə, 600-700-dən çox ev tikilməyib, amma zəlzələ zonası üçün ayrılmış demək olar ki, bütün vəsait artıq xərclənib.
Qonşu Balakən rayonunda da kritik vəziyyət yaranır, burada sentyabrda baş vermiş təkrar zəlzələdən sonra 2500-ə yaxın evə ziyan dəyib.
Zaqatala-Balakən zonasında da 2010-cu ilin may ayında genişmiqyaslı daşqından sonra Kür zonasında yaranmış vəziyyət yaranır. Burada hökumət ziyanın aradan qaldırılması üçün 460 mln. manat ayırıb, bu vəsaitin böyük hissəsi mənimsənilib. Bu, yerli əhalinin dəfələrlə etiraz aksiyası keçirməsinə səbəb olub, buna cavabda isə hakimiyyət yerli fəallara və “Kür” qərargahı üzvlərinə qarşı repressiyalara başlayıb.