BolgeXeber.Com » Bölgə » Səhiyyə nazirliyinin nümayəndəsi: Yevlax şəhər səhiyyəsində işləyənlər həbs olunmalıdır

Səhiyyə nazirliyinin nümayəndəsi: Yevlax şəhər səhiyyəsində işləyənlər həbs olunmalıdır

4-03-2011, 23:25
Oxunub: 3 380
Görünür korrupsiya və əsassız tələblərlə bağlı mübarzı cağrışı Yevlax şəhərinə gedib catmayıb.

Yeni ilin əvvəlindən prezident və respublikanın digər səlahiyyətli şəxsləri ölkədə korrupsiya və rüşvətxorluğun qarşısnı almaq ücün tapşırıqlar verdi. Hətda prezidentin özü bir sıra tədbirlərdə ölkə vətəndaşlarına cağrış edərək bildirdi ki, «Korrupsiya və rüşvətxorluq böyük bəladır. Ona görə bütün dövlət qurumları, bütün dövlət şirkətləri, yerli icra orqanları bilməlidirlər ki, hər bir məmur öz işində elə işləməlidir ki, həmişə üzü ağ, alnı açıq olsun».

Daha sonra Prezident bildirmişdir ki, ümid edirəm ki, yaxın zamanlarda daha da böyük nəticələri görəcəyik. "Mən bir daha Azərbaycan ictimaiyyətinə müraciət etmək istəyirəm. Bir dəfə artıq müraciət etmişəm və bu müraciətin çox yaxşı nəticəsi olub. Mənə bütün bölgələrdən Prezident Administrasiyasına məktublar gəlir. Həm təşəkkür, həm şikayət məktubları". Burada bir məsələ yerinə düşər: Sən saydığını say, gör Yevlax həkimləri nə sayır?

Görünür korrupsiya və əsassız tələblərlə bağlı mübarizə cağrışı Yevlax şəhərinə gedib catmayıb.

Bolgexeber-in əməkdaşları Yevlax şəhərində qarşılaşdıqları mənzərə bunu deməyə əsas verir. Deməli əməkdaşlarımızın rastlaşdığı mənzərəni olduğu kimi nəzəriniə catdırırıq. Demək Yevlax şəhər Mərkəzi xəstəxanasında Nəqliyyat idarə etmək ücün sağlamlıq haqqında arayış bu formada verilir. Hec bir Tibbi müayinədən kecmədən 25 manatı verirsən və istədiyini alıb cixirsan. Əməkdaşlarımız həmin tibbi arayışı almağa gələn söhbət zamanı məlum oldu ki, həmin arayışa 6 həkimdən müayinədən kecməlisən. Biz də ərinmədən orada imzası olan terapevt Hasil həkimə zəng acdıq. Hasil həkim belə bir insanı müayinə etmıdiyini söylədi və bildirdi ki, onun əvəzinə kimsə qol cəkib.

Qeyd edək ki, Yevlax şəhər səhiyyəsini yoxlamaq ücün Səhiyyə nazirliyinin səlahiyyətli nümayəndəsi də elə həmin Mərkəzi xəstəxanada idi. Əlimizdə olan faktlarla bağlı səlahiyyətli nümayəndəsi Həşim Həşimovla ilə də əlaqə saxladıq. O bildirdi ki, Yevlaxda səhiyyənin vəziyyəti bərbad vəziyyətdədir və bura da hec bir rüşvət filanla mübarizə yoxdur. “Mən bu barədə artıq Səhiyyə nazirliyi ilə əlaqə saxlamışam, bütün olanlarla bağlı ətraflı məlumat vermişəm. Mənə elə gəlir ki, burada fəaliyyət göstərənlər həbs olunmalıdır”

Daha sonra xəstəxananın baş həkimi Qliyev İlhami ilə də əlaqə saxlamağa cəhd göstərsəkdə olanlardan məlumatlı olduğu ücün bizim zənglərimizi cavabsız qoydu. Daha sonra xəstəxana haqqında eşitdiklərimiz isə daha dəhşətli və faciəlidir. Ərizə və şikayətləri tam əldə etdikdən sonra sizləri də məlumatlandıracayıq.

Hər halda biz öz vəzifəmizi yerinə yetirdik. Qalanı korrupsiya ilə mübarizə aparan səlahiyyətlilərin boynuna.