Balakəndə etiraz aksiyası
11-02-2013, 12:45
Oxunub: 5 629
Balakən rayonunun Hənifə kənd sakinləri bu gün səhərdən başlayaraq öz etirazlarını bildirmək üçün İcra Hakimiyyəti binasının qarşısına toplaşıblar.
Bu barədə musavat.com-a rayon sakinlərindən biri xəbər verib. Onun sözlərinə görə, etiraz edənlər 60-70 nəfərdir. Onların hamısı ötənilki zəlzələdən zərər çəkənlərdir və şikayətləri də yerli bələdiyyənin sədri Oqtay Mehdiyevdəndir.
Verilən xəbərə görə, aksiya kənardan diqqəti cəlb etməsin deyə şukayətçiləri İH binasındakı akt zalına toplayıblar. Hənifəlilər zəlzələdən zərər görən insanlara ayrılmış vəsaitin mənimsənilməsindən, evləri zərər çəkməyən insanlara pul vəsaiti ayrılmasından, əsl zərərçəkənlərin isə kənarda qalmasından hiddətlərini bildiriblər.
Mənbə xəbər verir ki, şikayətçilər İH başçısı ilə görüşməık istəsələr də, hələlik başçı iş yerində yoxdur. Hənifə camaatını İH-in digər məsul şəxsləri sakitləşdirməyə çalışırlar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər