Ağsunun icra başçısı qorxu içində
13-02-2013, 12:45
Oxunub: 6 214
İcra başçısı Ənvər Seyidəliyevin rayon sahibkarlarına qənim kəsildiyi hər kəsə bəllidir.
Son zamanlar Ağsuda özbaşınalıq hökm sürür. Bu özbaşınalığın arxasında isə rayonun icra başçısı Ənvər Seyidəliyev dayanıb.
Daxil olan məlumatlarda bildirilir ki, icra başçısı Ənvər Seyidəliyev rayon sahibkarlarına qənim kəsilib. Mənbə iddia edir ki, icra başçısı rayonda fəaliyyət göstərən obyektlərdən pul yığımağı tapşırıb. Bunu isə icra nümayəndələri həyata keçirir. Bildirilir ki, rayonun icra nümayəndələri hər ay qapı-qapı düşərək obyektlərin həcmindən aslı olaraq müxtəlif məbləğdə sahibkarlardan pul tələb edirlər. Səbəbini soruşanda isə Ənvər Seyidəliyevin tapşırığı olduğu bildirilir.
Bundan əlavə mənbənin söylədiklərinə görə, aylıq pul ödəməyən sahibkarların obyektləri söküləcəyi ilə hədələnir.
Ağsuda bütün sahələrdə ciddi problemlər yaşanır. Təhsil, səhiyyə və digər sahələrdə baş alıb gedən özbaşınalıq rayon sakinlərinin istismar olunmasına hesablanıb. Əhali yoxsulluq içində yaşadıqca problemlər də hər gün bir az artır. Bu isə icra başçısını qətiyyən maraqlandırmır.
Özlərinin heç bir maddi problemi olmayan və yağ-bal içində yaşayan icra başçısının qohumları rayon sakinlərini istismar etməkdən sanki həzz alırlar. Onların rayon sakinlərinə qarşı tutduğu antidemokratik mövqe istər rayonun mərkəzində, istərsə də kəndlərdə narazılıqların artmasına səbəb olur. Bu gün rayonda baş verən intiharların əksəriyyətinin sosial problemlər ucbatından olduğunu da heç kəs dana bilməz. Rayon sakinlərindən aldıqları rüşvətin hesabına süd gölündə üzən məmurlara bunlar da təsir etmir. Mətbuatda yazılanlara əhəmiyyət verməyənlərin məmurlar qarışqa yem toplayan kimi sərvət yığmaqla məşğuldurlar. Sərvət toplamaq və varlanmaq ehtirası bəzi məmurları rüşvət manyakına çevirib. Qeyd edək ki, bu haqda dəfələrlə yazılıb və hər gün də həyəcan təbili çalınmaqdadır. Lakin özbaşınalıq səngimək bilmir ki, bilmir. Bu gün Ağsuda vətəndaşların durumunu bilmək istəyənlər xəstəxanalara üz tuta bilərlər. İnsanlar ağır və acınacaqlı durumda yaşadıqlarından xəstəliyə tutulurlar. Genefondumuz məhv olub gedir. Bu pullar hara və kimə yığılır? Hələ ki, bu suallara cavab verən tapılmır. Zavallı vətəndaş kimə inanmalıdır? Prezident Aparatına necə yol tapmalıdır? Şikayət ərizələri şikayət olunan məmurlara göndərilirsə, heç bir ciddi tədbir görülmürsə, bu məqamda vətəndaş kimə sığınmalıdır? Sanki bütün bu sualların məmurlara heç bir aidiyyəti yoxdur. Ağsuda hansı sahəyə baxırsan insan faciəsi ilə üzləşirsən. İcra başçısı isə fikirləşmir ki, bu rayonun ən qiymətli kapitalı, sərvəti onun insanıdır. Əcəba, bunlar özləri insan deyillərmi? Çünki bu vətəndaşlar gözlərini qırpmadan övladlarını vətənə qurban verirlər. İcra başçısının övladı kef elədiyi halda, onlar soyuq səngərlərdə düşmənlə üz-üzə dayanırlar. Xaricdə əylənən və kef edənlərin ataları isə səngərdə can verənlərin atalarını istismar edirlər, soyurlar, talayırlar... Vallah, deyiləsi-yazılası dərd deyil, sadəcə, dəhşətdi, dəhşət!!!
Qeyd olunan məlumatda oda bildirilir ki, ötən gün Prezidentin məlum çıxışından sonra Ağsu rayon icra hakimiyyətinin başçısı qorxuya düşüb. Rayonda fəaliyyət göstərən idarə müssisələrə xüsusi tapşırıq verib ki, necə edirsiniz edin, amma bir şikayətt belə Prezident Aparatına getməsin. Onu da qeyd edək ki, rayonda rəhbər vəzifədə çalışanların əksəriyyəti icra başçısının qohumlarıdır. Elə bu səbəbdəndə icra başçısı qorxuya düşüb.
Qarşı tərəfi dinləməyə hazırıq...
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər