Hacıqabul rayon təhsil işçilərinin sentyabr konfransı keçirilib-FOTO
11-09-2018, 18:39
Oxunub: 9 638
11.09.2018-ci il tarixində Hacıqabul rayon Heydər Əliyev Mərkəzində Hacıqabul rayon Təhsil işçilərinin sentyabr konfransı keçirildi
Əvvəlcə bir qrup konfrans nümayəndəsi Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyduqdan sonra tədbir Heydər Əliyev Mərkəzində dəyirmi masa ətrafında davam etdirildi. Konfransda İcra Hakimiyyəti Başçısının müavini-İçtimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zeynəb Yunuslu, Təhsil işçilərinin peşəkarlıq inkişafı inistutunun əməkdaşı Orxan Abbasov, 13 saylı ərazi maliyyə hesablaşma mərkəzinin əməkdaşıElmar Əhmədov, təhsil işçiləri və bir sıra təşkilatların nümayəndələri iştirak etdilər. Konfransı giriş sözü ilə rayon Təhsil şöbəsinin müdiri Şükür Məmmədov açdı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonrarayon Təhsil şöbəsinin müdiri Şükür Məmmədov“2017/2018-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda geniş məruzə ilə çıxış etdi. Təhsil meneceri layihəsinin qalibi Əhmədova Səbinə,Rəncbər kənd tam orta məktəbinin riyaziyyat müəllimi İsrafilova Qənimə, Qubalı-Baloğlan tam orta məktəbin məzunu Həsən Həsənov, İcra Hakimiyyəti Başçısının müavini-İçtimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zeynəb Yunuslu, Təhsil işçilərinin peşəkarlıq inkişafı inistutunun əməkdaşı Orxan Abbasov çıxış etdilər. Konfransın qərar layihəsi oxunduqdan sonra 2018-ci ildə ali məktəblərə yüksək balla qəbul olunanlar mükafatlandırıldı.Konfransın sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət oxundu.
Bolgexeber.com




Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər