BolgeXeber.Com » Bölgə » Məcburi köçkünləri narazı salan hansı məmurdur?

Məcburi köçkünləri narazı salan hansı məmurdur?

18-02-2013, 11:35
Oxunub: 4 248 Onlar yaşadıqları yerdə həyatın dayanmasından yazaraq kömək istəyirlər
Məcburi köçkün,hazırda Ağcabədi rayonu Mehrablı kəndi ərazisində məskunlaşmış 22 məcburi köçkün ailəsi Mayılov Dilafət Cəlil oğlu (AZE № 04958257), Quliyev Bakir Möhbalı oğlu (AZE № 08068454), Əzimova Gülbadam Ayadur qızı (AZE № 02261333) öz problemlərinin həlli üçün saytımıza müraciət ünvanlayıblar. Ünvanlanan müarciətdə deyilir: Məskunlaşdığımız ərazidə 2011-ci il tarixədək nə elektrik nə də təsərrüfat suyu vardı.Biz məcburi köçkünlər öz şəxsi vəsaitimiz hesabına icarəyə götürdüyümüz torpaq sahələrindən səmərəli istifadə etmək üçün Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi Dövlət Enerji Nəzarət İdarəsinin 17 avqust 2011-ci il tarixli istismara buraxılma aktı ilə öz enerji təminatımızı təmin etmişik. Həmin tarixdə Ağcabədi meşə təsərrüfatı İdarəsinin müdiri M.Cəfərova müraciət edərək Meşə Təsərrüfatı İdarəsinin balansında olan torpaq sahəsindən dəmir borularla təsərrüfat suyunun yaşadığımız əraziyə keçirilməsinə və elektrik xəttinin müasir kabel vasitəsiylə yaşadığımız əraziyə gətirilməsinə icazə verməsini xahiş etdik. M.Cəfərovun göstərişi ilə icarə haqqını ödəsək də rəsmi olaraq bizəheç bir sənəd verməmişdir. Həmin tarixdən hal-hazıra kimi icarəyə götürdüyümüz torpaq sahəsində kənd təsərrüfatı bitkilərinin yetişdirilməsiə və 2000-dən artıq bağ ağaclarının əkilməsinə nail olmuşuq.Yaşadığımız ərazi ilə 100-150 metrlikdə olan Meşə Təsərrüfatına aid torpaq sahəsindən dövlət hesabına əkilmiş minlərlə ağacları şor sularla sulayaraq məhv etmiş M.Cəfərov bizim saldığımız yaşıllıqlardan çox narahatdır. Cənab Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə dair göstəriş və sərəncamları nədənsə M.Cəfərovun qulağına çatmır. 12.02.2013-cü il tarixdə keçirilən müşavirədə cənab Prezidentin rayon icra hakimiyyəti başçılarına,idarə və müəssisə rəhbərlərinə verdiyi tapşırıqdan sonra hesab edirdik ki, M.Cəfərov da biz məcburi köçkünlərin əleyhinə yönəlmiş məkrli siyasətindən əl çəkəcək. Çox təəssüf hissi ilə qeyd etmək istəyirik ki, M.Cəfərov Meşə təsərrüfatı İdarəsinin balansında olan meşə zolaqlarını mütamadi olaraq ayrı-ayrı fermer təsərrüfatlarına qanunsuz olaraq icarəyə verməklə məşğuldur. Belə ki, M.Cəfərov meşə ərazisində müxtəlif yerlərdə fermalar saldırmaqla əl ilə əkilmiş meşə zolaqlarını tamamilə məhv etmişdir. Lakin bunun müqabilində icarə üçün aldığı pulları öz şəxsi vəsaiti kimi xərcləyir. Meşə zolaqlarının suvarma sistemi üçün ayrılmış yanacaq pullarını mənimsəyərək suvarma üçün yararsız olan şor sularla meşə zolaqlarını sulatdırır və bu da meşə zolaqlarının kütləvi məhvinə gətirib çıxarır.Biz məcburi köçkünlərdən elektrik və su xəttinin meşə təsərrüfatına aid ərazidən keçməsinə görə hər il bizdən 5000 (beş min) manat pul tərləb edir. Xahiş edirik çəkiliş qrupunuz biz yaşadığımız əraziyə ezam edilsin və onda burada nələrin baş verdiyinin şahidi olacaqsınız. Sonda onu da qeyd edək ki, 19.02.2013-cü il tarixdə bu məsələ ilə bağlı Ağcabədi rayon İH-nin başçısı Şahin Məmmədovun da qəbulunda olacağıq.Haqlı tələblərimiz ödənilməzsə ölkə Prezidentinə,Dövlət Qaçqınkomun sədrinə və digər Dövlət orqanlarına müraciət etməklə yanaşı ölkə Prezidentinin qəbuluna gedəcəyik.