Narazı camaat Zaqatalada yolu bağladı
21-02-2013, 15:25
Oxunub: 5 680
Narazı camaat Zaqatalada yolu bağladı Fevralın 21-də Zaqatala rayonunun Lahıc kəndinin bir qrup sakini etiraz aksiyası keçirib. Onlar Bakı-Balakən yolunu bağlayıblar.Bu barədə AzadlıqRadiosuna Lahıc kənd sakini Mövlud İbrahim məlumat verib.Kənd sakinləri zəlzələdən zərər çəksələr də onlara lazımı miqdarda kompensasiya verilmədiyindən, ev tikilmədiyindən şikayət ediblər.
İcra hakimiyyətinin və fövqəladə hallar komissiyasının nümayəndələri kəndə gəlib. Bundan sonra yol açılıb. Hazırda fövqəladə hallar komissiyasının nümayəndələri yenidən zəlzələdən zərər çəkmiş evlərin siyahıya alınmasına başlayıb.
Fevralın 11-də Balakən rayonunun Hənifə kəndinin bir qrup sakini də icra hakimiyyətinin qarşısında etiraz aksiyası keçirmişdi. Onlar da evlərinin bərpa olunmamasına etiraz etmişdilər.Zaqatalada keçən ilin mayında 6 bal gücündə zəlzələ olub. İnsan tələfatı olmasa da xeyli sayda tikiliyə zərər dəyib. Oktyabrın 14-də baş verən ikinci zəlzələdən sonra isə zərər görən tikililərin sayı artıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər