Biləsuvar Rayon Təhsil Şöbəsindən şikayət var.
21-02-2013, 15:50
Oxunub: 6 338
Biləsuvar rayon Amankənd kənd sakini Əlövsət Hüseynovdan Bolgexeber.com-a Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri Balaqardaş Kazımovun qanunsuz əməlləri haqqında məktub daxil olmuşdur.Məktubu olduğu kimi təqdim edirik.“ Hörmətli redaksiya. Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri Balaqardaş Kazımovun qanunsuz əməlləri barədə məlumat vermək istəyirəm.Belə ki, B.Kazımov Biləsuvar təhsilini Azərbaycan Respublikasının təhsil qanunları ilə deyil, “öz qanunları” ilə idarə edir.Onun fikrincə, Respublikanın Təhsil Naziri hörmətli Misir Mərdanov olduğu kimi, Biləsuvar Rayon Təhsil “naziri” də B.Kazımovdur.Onun qanunsuz əməlləri kifayət qədərdir.Bu əməllərdən yalnız birini sizin diqqətinizə çatdırmaq istəyirəm.B.Kazımov Biləsuvar rayonu E.Kərimov adına Amankənd kənd tam orta məktəbinin sabiq direktoru Şükürov Rufulla Məhəmməd oğlunu qanunsuz və özbaşına olaraq, yenidən həmin məktəbə direktor təyin etmişdir.Belə ki, E.Kərimov adına Amankənd kənd tam orta məktəbinin sabiq direktoru R.Şükürov 2009-cu il və 2011-ci illərdə işində yol verdiyi ciddi nöqsanlara görə sonuncu xəbərdarlıqla şiddətli töhmət almış,nəhayət,2012-ci ilin fevralın 24-də Təhsil Nazirinin 11/187 saylı əmri ilə tutduğu vəzifədən azad edilmişdir.Lakin B.Kazımov heç kimə və heç nəyə məhəl qoymadan 2012-ci il 10 sentyabr tarixində R.Şükürovu təkrarən E.Kərimov adına Amankənd kənd tam orta məktəbinə direktor təyin edib. Mən sadə bir ziyalı kimi, bir vətəndaş kimi hesab edirəm ki, bu tamamilə qanunsuz və özbaşına əməldir.Və sizdən mənim bu məktubumu işıqlandırmağınızı xahiş edirəm.Bəlkə B.Kazımov bundan bir nəticə çıxara” .
Hörmətlə Biləsuvar rayon Amankənd kənd sakini,
ali təhsilli müəllim Əlövsət Əlibala oğlu Hüseynov.
P.S Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər