BolgeXeber.Com » Bölgə » Kimdir Masallı ziyalısı?

Kimdir Masallı ziyalısı?

22-02-2013, 14:35
Oxunub: 5 154 “Məmmədağa Eynullayev niyə İcra Hakimiyyətində işlədiyi dövrdə qanunsuz dediyi əməllərə göz yumurdu?”

Xəbər verildiyi kimi, ötən gün RATİ-nin mətbuat mərkəzində Masallı Ziyalıları İctimai Birliyinin bir qrup təmsilçisi mətbuat konfransı keçirib. Bolgexeber.com xəbər verir ki, konfransda Masallıdan olan şəxslər rayon icra hakimiyyətinin yeni başçısı Rafil Hüseynovdan şikayətləniblər.

Məmmədağa Eynullayev bildirib ki, artıq icra başçısı Rafil Hüseynovun qanunsuz hərəkətləri dözülməz həddə çatıb. Onun sözlərinə görə, icra başçısı təyin olduğu 10 ay müddətində qeyri-qanuni işlərlə məşğuldur və kəndin bir sıra yerlərində şəxsi obyektlər düzəldib. Qurumun sədri bir az da irəli gedərək bildirib ki, Rafil Hüseynov rayona rəhbərlik etdiyi gündən ancaq özü üçün pul qazanmaqla məşğul olub.
Daha sonra qurumun digər üzvləri İcra Başçısı Rafil Hüseynova qarşı bir sıra ittihamlar irəli sürüblər.
Məsələ ilə bağlı əslən Masallıdan olan ziyalıların dünənki mətbuat konfransına münasibəti kəskin oldu.

Əslən Masallıdan olan ziyalı Ənvər Mehdiyevin məsələ ilə bağlı redaksiyaya telefon açaraq dünən keçirilən mətbuat konfransı ilə bağlı öz fikirlərini açıqladı. Onun sözlərinə görə özlərini rayonun ziyalısı kimi təqdim edənlər Masallının deyil öz problemlərini həll etmək üçün yığışıblar. Buna sübüt olaraq deyim ki, “ziyalılar” adlanan quruma rəhbərlik edən bir zamanlar rayon sakinlərinin dükanlarını sökməkdə məhşur idi. “Məmmədağa Eynullayev 1996-cı ilədn Masallı rayon İH-də Hüquq şöbəsinin mudiri vəzifəsində calışıb. “2009-cu ildə isə vəzifəsinin öhdəsindən gələ bilmədiyi ücün o, tutduğu vəzifədən azad edilib. Sonra isə həmin şöbəyə baş məsləhətçi vəzifəsinə təyin edilib. 2010-cu ildə isə Əmək Məcəlləsinin 72-ci maddəsinin a bəndinə əsasən “Dövlət Qulluğu haqqında” qanunun tələbləri yerinə yetirilib və Məmmədağa Eynullayev vəzifəsindən azad edilib”. Elə o dövürdən də başlayıb Masallının “problemlərini” həll etməyə. Yadınızdadırsa bu adam Qəzənfər Ağayevin vaxtındada bu hoqqalardan çıxırdı. Gah aclıq aksiyası keçirir, gah da mətbuat konfransı... Bir sözlə onu deyim ki, AXCP-dən tutmuş YAP-a qədər bütün partiyları gəzmiş bir adamın Masallı ziyalısı adından danışmağa mənəvi haqqı yoxdur.

Daha sonra müsahibimiz KİV-ə də müraciət etməyi unutmadı. “Çox sevinərdim ki jurnalistlərmiz bir məsələ haqqında yazanda o məsələnin dərinliyini öyrənib yazsınlar. Kimdir Masallı ziyalısı mən yoxsa şəxsi mənafelər naminə mübarizə aparan Məmmədağa?”

Məsələ ilə bağlı digər müsahibimiz Demokratiyanın və Milli Dəyərlər İctimai Birliyinin sədri əslən Masallıdan olan Əli Cəfərov da məsələyə münasibət bildirib. O deyib ki, həmin insanların özlərini Masallı ziyalıları kimi təqdim etməsi yolverilməzdir :”YAP-çıların özlərini Masallı ziyalıları kimi təqdim etməsi və ziyalıların adından danışması məni və bir çox ziyalıları çox narahat etdi. Mən hər zaman Masallı ilə bağlı problemləri gündəmə gətirən şəxs kimi mətbuata adları gedən şəxsləri tanımıram və bu günə kimi onların bir ziyalı fikrinə rast gəlməmişəm. Onların Masallı ziyalılar adından danışması yolverilməzdir. Kimin haradan olması şərt deyil. Əsas odur ki, vəzifəli şəxs bacarıqlı və dövləti sevən olsun. Kimin kimlə davası varsa bu onların öz işidir, heç kim Masallıların və rayon ziyalılarının adından istifadə etməsinlər”.