BolgeXeber.Com » Bölgə » Kəlbəcərli müəllimlər “Azəriqaz”ı ittiham etdi

Kəlbəcərli müəllimlər “Azəriqaz”ı ittiham etdi

23-02-2013, 14:30
Oxunub: 5 323 Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəs. I-IV mədən küçəsində fəaliyyət göstərən Kəlbəcər rayon 18 saylı köçkün məktəbinin kollektivi ölkə başçısı Ilham Əliyevə müraciət edib. Prezidentə ünvanlanan müraciətin bir nüsxəsi də Moderator.az-a göndərilib.
Müraciətdə qeyd olunur ki, Kəlbəcər rayon 18 saylı köçkün məktəbində son bir il ərzində su xətti, telefon xətti, qaz xətti, idman meydançasının və qurğularının yaradılması, azda olsa məktəbyanı ərazidə abadlıq işləri aparılıb: “Kollektivin üzvlərinin yaxından iştirakı və müxtəlif təşkilatlara ünvanlanmış müraciətlərimiz əsasında məktəbin ehtiyacının qismən də olsa təmin olunmasına çalışmışıq. Davamlı müraciətlərimizin nəticəsi olaraq 2012-ci ilin dekabr ayının 28-dən məktəbdə istilik sisteminin qurulmasına başlandı və 06.01.2013-cü il tarixdə istifadəyə verildi. 27 dekabr 2012-ci il tarixdə ”Azəriqaz IB"in direktoru Əkbər Hacıyevin ünvanına bir daha məktubla müraciət etdik ki, məktəbdə qurulmuş istilik sisteminin normal işləməsi üçün, onların daxili imkanları hesabına qaz sayğacı quraşdırılmasına kömək etsin. “Azəriqaz”a etdiyimiz müraciətlə əlaqədar məktubumuz sözün həqiqi mənasında şöbələrdə it-bata düşdüyündən hər gün məktubun cavabını öyrənmək üçün, bizlərdə onlar tərəfindən verilmiş saysız-hesabsız telefon nömrələrinə zənglər edərək soyuq qış aylarında şagirdlərin və müəllimlərin çətinliklərini - narahatçılıqlarını məmurlara izah etməyə çalışırdıq. Müraciətimizə əsasən Azəriqazın işçisi Adil Bağırov məktəbdə oldu və istilik sisteminə baxış keçirərək geri döndü. Daha sonra Binəqədi rayon Qaz Istismar sahəsinin işçiləri də məktəbdə oldular. Nəhayət 28 yanvar 2013-cü il tarixində özümüzün təkidli və tələbkarlığımızın nəticəsində Binəqədi rayon Qaz Istismarı sahəsi tərəfindən smartkartla işləyən qaz sayğacı gətirib quraşdırıldı. Məktəbin isə sərbəst maliyyə imkanları olmadığını onlara bildirəndə dedilər ki, indi belədir. Iki gün sonra isə gəlib qoyduqları sayğacı açıb apardılar ki, bəs bura daha güclüsü lazımdır. Yəni C-4 əvəzinə, C-6 gücə malik olan sayğac olmalıdır. Fevral qurtarır, mart isə yaz ayıdır. Indi də deyirlər ki, məktubunuzu layihə konstruktor bürosuna göndərmişik ki, sizə yeni layihə işlənilsin. Dəyəri də nağd ödənilməlidir. Ondan sonra göstəriş veriləcək ki, yeni sayğac qoyulsun. Sön ümid yerimiz sizsiniz. Artıq yorulmuşuq. Daha cüzi bir problemimizi həll etməyə belə kollektivin üzvlərində həvəs də qalmayıb".
“Kəlbəcər” Cəmiyyətinin sədri Imamverdi Cəfərov isə “Azadlıq”a bildirib ki, təkcə Bakıda deyil, ayrı-ayrı rayonlarda fəaliyyət göstərən Kəlbəcər məktəblərində də oxşar vəziyyətdir: “Hansısa səbəbdən bu problemlə biganə yanaşılır. Ümumiyyətlə, Kəlbəcərdən olan məcburi köçkünlərə ögey münasibət bəslənilir. Biz müvafiq qurumları ev-eşiklərini itirmiş bu insanların heç olmasa xırda problemlərini həll etməyə çağırırıq