BolgeXeber.Com » Bölgə » Azərbaycanın Saatlı rayonunda qəbristanlıq dağıdılıb

Azərbaycanın Saatlı rayonunda qəbristanlıq dağıdılıb

24-02-2013, 13:15
Oxunub: 5 021 Saatlı rayonunda qəbristanlıq dağıdılıb. Bu barədə Saatlı rayonunun Musalı kənd sakinləri məlumat veriblər.

Onların bildirdiyinə görə, ötən gecə naməlum şəxslər tərəfindən Saatlı rayonunun Musalı kəndində yerləşən qəbristanlıqda 60-a yaxın qəbrin baş daşları sındırılıb və aşırılıb.

Saatlı rayon Pois Şöbəsindən məsələnin hələlik araşdırıldığını bildiriblər.