BolgeXeber.Com » Bölgə » Hacıqabulda "Dünyanı uşaqların əli ilə rəngləyək" adlı tədbir keçirilib-FOTO

Hacıqabulda "Dünyanı uşaqların əli ilə rəngləyək" adlı tədbir keçirilib-FOTO

31-10-2018, 14:05
Oxunub: 6 747 Hacıqabulda "Dünyanı uşaqların əli ilə rəngləyək" adlı tədbir keçirilib-FOTO30 oktyabr 2018-ci il tarixində Hacıqabul rayon Mərkəzi Kitabxanasında fəaliyyət göstərən rəsm dərnəyinin təşkilatçılığı ilə "Dünyanı uşaqların əli ilə rəngləyək" adlı tədbir təşkil olunmuşdur

Tədbirdə rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Məhəmməd İsayev, rayonumuzun peşəkar rassamı Sədulla Baxşıyev, Mərkəzi kitabxananın işçiləri, valideynlər iştirak etmişlər.
Tədbiri giriş sözü ilə Xidmət şöbəsinin müdiri Aytəkin Mirzəyeva açaraq, əvvəlcə Mərkəzi kitabxanada fəaliyyət göstərən dərnəklər haqqında məlumat vermiş,.sonra tədbirin mahiyyətindən söhbət edərək, qeyd etmişdir ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsədimiz uşaqlarda dünyagörüşünün formalaşması, vətənə, torpağa məhəbbət hissinin aşılanması, onların boş vaxtlarının səmərəli keçirilməsi, rəsm çəkməyə olan maraqlarının daha da artırılmasından ibarətdir.
Daha sonra tədbirdə qonaq qismində iştirak edən rəssam Sədulla Baxşıyev və Tarix- Diyarşünaslıq Muzeyinin direktoru Məhəmməd İsayev çıxış edərək, iştirakçılara uğurlar arzu etmiş, təqdim olunan əl işləri ilə tanış olaraq öz münasibətlərini bildirmişdirlər.
Sonda Hacıqabul rayon MKS-nin direktoru Dövran Həsənov tədbirin iştirakçılarına və təşkilatçılarına, həmçinin Mərkəzi kitabxanada fəaliyyət göstərən rəsm dərnəyinə könüllü olaraq rəhbərlik edən Arzu Rəfiyevaya və Gülsüm Həşimovaya öz təşəkkürünü və minnətdarlığını bildirmişdir.Bu kimi tədbirlərin daha geniş və vaxtaşırı hazırlanıb həyata keçiriməsini tapşırmışdır.

Bolgexeber.com
Hacıqabulda "Dünyanı uşaqların əli ilə rəngləyək" adlı tədbir keçirilib-FOTO
Hacıqabulda "Dünyanı uşaqların əli ilə rəngləyək" adlı tədbir keçirilib-FOTO
Hacıqabulda "Dünyanı uşaqların əli ilə rəngləyək" adlı tədbir keçirilib-FOTO
Hacıqabulda "Dünyanı uşaqların əli ilə rəngləyək" adlı tədbir keçirilib-FOTO