Gəncənin yeni rəisi köhnə kadrları işdən çıxarmağa başladı
26-02-2013, 12:45
Oxunub: 5 261
Bir neçə gün əvvəl Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyinat alan Faqi Şabanov sabiq rəis Rasim Musayevə yaxın sayılan şəxsləri “vuracaq”.
Bolgexeber.com xəbər verir ki, bununla bağlı “Bizim Yol”a Gəncə Şəhər Baş Polis İdarəsindən məlumat daxil olub.
Həmin məlumatda qeyd olunur ki, Faiq Şabanov baş idarənin batalyon komandirini işindən azad edib. Faiq Şabanov həmçinin, Rasim Musayevin rəis olduğu dönəmdə “spesnaz”a qəbul edilən əməkdaşları da işdən qovacağı ilə hədələyib. Rəis şəxsi heyətlə görüşü zamanı bildirib ki, xüsusi təyinatlı dəstə yenidən idmançılardan təşkil olunmalıdır. Onun sözlərinə görə, əməkdaşlar bu kriteriyalara cavab vermir və onları polis orqanlarından xaric edəcək.
Başqa bir məlumatda isə qeyd olunur ki, Faiq Şabanov Gəncə Dövlət Yol Polisi İdarəsinin rəisi Rafiq Abbasovu da işdən çıxarmağa hazırlaşır. Polis rəisinin bu posta yaxın qohumlarından birini gəticəcəyi bildirilir.
Gəncənin yeni polis rəisi ilə bağlı əldə etdiyimiz məlumatda o qeyd olunur ki, şəhərin hər iki rayonunda bölmə rəisləri və müavinləri vəzifələrində də dəyişikliklər olacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər