BolgeXeber.Com » Bölgə » “Milli qəhrəmanın atası ilə bağlı yazılanlar həqiqət deyil”

“Milli qəhrəmanın atası ilə bağlı yazılanlar həqiqət deyil”

27-02-2013, 08:40
Oxunub: 4 738 Məlum olduğu kimi bir neçə gün bundan öncə Masallı Rayon İcra Hakimiyyətində “Milli qəhrəmanin atasi döyüldü” başlıqlı yazılar dərc olunmuşdur. Xəbərdə o da qeyd olunurdu ki, hadisə hadisə illik hesabat toplantısına qatılan Prezident Administrasiyası rəsmisinin gözü qarşısında baş verib.
Verilən xəbərdə qeyd olunurdu ki, Milli Qəhrəman Səfərəli Məmmədovun atası Qurban Məmmədov dünən Masallı rayon Icra Hakimiyyətində döyülüb. Toplantıda Prezident Administrasiyasının cənub bölgəsi üzrə kuratoru Vəfadar Bağırov da iştirak edib.
Daha sonra xəbərdə qeyd olunur ki, “Icra hakimiyyətində işləyən Adəm Məhərrəmovla Vəli adlı şəxs polislərə göstəriş verdilər ki, məni zaldan çıxarsınlar. On nəfərə qədər polis gəlib onu zaldan çıxardıblar, sonra rayon polis idarəsinə apardılar”,
Məsələ ilə bağlı Bolgexeber.com-a məlumat verən Milli qəhrəmanın qardaşı oğlu R.Məmmədov yazılanların həqiqət olmadığını bildirdi. “Kimsə rayonda süni şəkildə çaxnaşma yaratmaq istəyirsə mənim babamın adından istifadə etməsinlər. Kimsə mənim babamı nə döyməyib nə dəki zaldan çıxarmayıb”
Daha sonra Masallı Rayon Polis İdarəsinin rəisi Polis Polkovniki Nəriman İmanovun sözlərinə görə bu haqda yazılan yazılara təəsüfləndiyini bildirdi. “Çox təəsüflənirəm ki, bu məsələdə polisin adını hallandırılar. Polisin Milli qəhrəmanın atasına əl qaldırılması mümkünsüz bir haldır. Bu təkcə Masallıda deyil bütün Azərbaycana aiddir. Rayonda Qurban kişini tanımayan yoxdur. Hamı kimi biz də Qurban kişiyə bir ağsaqqal kimi hörmət qoyuruq. Bu məlumatı yayanlar son zamanlar rayonda sabitliyi pozmaq istəyən, yalandan mətbuat konfransı keçirməklə guya Masallıda narazılığın olmasını dilə gətirənlərin işidir. Qoy hamı bilsin ki, rayonda bir nəfər belə narazı insan yoxdur və rayonda tam sabitlikdir. Daha sonra Polis rəisi süni narazılıq yaradn insanlara ismarıc gömdrəməyi də unutmadı “ Bu rayonda onlara inanan yoxdur ona görə də onlar öz çirkin niyyətlərini həyata keçirməkdən ötəri müqəddəs ruhlar hesab etdiyimiz milli qəhrəmanlarından və onların yaxınlarından istifadə edirlər.