BolgeXeber.Com » Bölgə » Polis camaata pul payladı

Polis camaata pul payladı

17-03-2011, 17:40
Oxunub: 5 580
Sabirabadda əhaliyə 40 min manat pul verilib

Bu gün daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərovun başçılığı ilə DİN-nin nümayəndələri Sabirabad rayonun dakı Şəhriyar düşərgəsində müvəqqəti sığınacaq tapmış qaçqın və məcburi köçkünlərlə görüşüb. Nazirliyin mətbuat xidmətindən Bolgexeber.com-a verilən xəbərə görə, nazir müavini erməni təcavüzü nəticəsində doğma yurd yerlərindən didərgin düşmüş soydaşlarımızla görüşüb, DİN rəhbərliyi, şəxsən daxili işlər naziri, general-polkovnik Ramil Usubovun adından bayram təbriki çatdırıb.

Görüş iştirakçıları daimi diqqət və qayğıya görə dövlət başçısına və DİN rəhbərliyinə dərin minnətdarlıqlarını bildirib və ölkə prezidentinin siyasətini dəstəklədiklərini qeyd ediblər.

Respublika daxili işlər orqanları əməkdaşlarının könüllülük prinsipi əsasında topladıqları 63 min manatın 40 min manatı görüşdən sonra Sabirabadda məskunlaşmış həmvətənlərimizə çatdırıb.

Bundan əlavə, əməkdaşlarımızın topladıqları vəsaitin qalan 23 min manatı isə elə həmin gün Goranboy rayonunun Ağcakənd qəsəbəsində yaşayan qaçqın və məcburi köçkün soydaşlarımıza göndərilib