BolgeXeber.Com » Bölgə » Şöbə müdiri Şamaxının yeni başçısına yol axtarır

Şöbə müdiri Şamaxının yeni başçısına yol axtarır

27-02-2013, 10:35
Oxunub: 3 802 Şamaxı rayonunun təhsil sisteminin bərbad durumda olması barədə Kütləvi İnformasiya Vasitələrində dəfələrlə yazılıb. Xatırladaq ki, adıçəkilən rayonda ən qalmaqallı məsələlərdən biri də məhz məktəbli formalarının rayon Təhsil Şöbəsinin müdiri Səadət Veyisovanın şəxsi tapşırığı əsasında bütün şagirdlərə məcburi şəkildə 63 manata satılması olub. Üstəlik, Bakı şəhərində və respublikamızın ayrı-ayrı bölgələrində 41-45 manata başa gələn məktəbli formalarının Şamaxıda 63 manata satılması valideyinlər tərəfindən çox ciddi narahatlıq və narazılıq doğurub.
Bununla bağlı şikayətçi valideynlərin çoxsaylı müraciətləri, şikayət məktubları və ərizələri mətbuat orqanlarında dərc olunduğundan Təhsil Nazirliyinin və yerli icra hakimiyyətinin göstərişi ilə Səadət Veyisovanın şıdırığı forma alveri dayandırıldı. Hətta xatırlayırsınızsa bir müddət əvvə bir sıra kütləvi informasiya vasitələrində TŞ-nın müdirinin qanunsuz yolla attestasiyadan keçməyən “müəllimlərin” işə qəbulunada start verdiyi barədə tənqidi məqalələr yer almışdı. Bunun üçün isə ayrı-ayrılıqda qiymətlər də müəyyən edilmişdir ki, həmin qiymətin məbləğı 1500-2000 manat arasında dəyişirdi. Bundan əlavə, orta məktəb şagirdlərindən hər ay müxtəlif adlarla, məsələn, süpürgə pulu, texniki işlərin görülməsi, əsaslı, yaxud cari təmir, yanacaq və odun pulu və s. pullar yığılır. Təbii ki, həmin pulların böyük bir qismi məhz direktorlar vasitəsilə Səadət Veyisovaya çatdırılır. Bu cür qanun pozuntularına yol verilməsində keçmiş icra başçısının rolu da az olmayıb. Ancaq bir neçə gün əvvəl Şamaxı rayon İcra Hakimiyyətinə yeni başçı təyin olunan Asif Ağayevin rayonda çox ciddi islahatlara başldığı barədə də məlumatlar dolaşır, hətta bəzi məmurların öz vəzifələrindən uzaqlaşdırılacağı da təsadüfü deyil.
Bü günlərdə "AzeriNews.org"a daxil olan məlumatlarda bildirilir ki, Şamaxıya yeni təyin olunan icra başçısı Asif Ağayev rayonda ciddi islahatlar aparması bir çöx yerili məmurların kürkünə birə salıb. Və həmin məmurlardan birinin də Səadət Veyisovanın olduğu söylənilir. Artıq Şamaxı rayonunda hər kəs bu barədə danışır. Ona görə də canına qorxu düşən Şamaxı rayon Təhsil Şöbəsinin müdiri yeni icra başçısına «podxod» tapmaq, qanunsuz əməllərini davam etdirmək, «qaz vurub qazan doldurmaq» üçün Asif Ağayevlə iş birliyi qurmağa çalışır. Hətta bunun üçün öz «elçi»lərini icra başçısının yanına minnətə göndərməyə hazırlaşır. Amma Asif Ağayev vəzifəyə yeni təyin olunduğu üçün hələlik Səadət Veyisovanı və onun adamlarını qəbul etmək, onlarla işbirliyi qurmaq barədə düşünmür. Bu səbəbdən də şöbə müdiri hələ də həyəcan dolu anlar yaşayır. Vəzifəsini itirməkdən daha çox yol verdiyi rüşvətxorluq, korrupsiya və maxinasiya əməllərmnə görə ciddi cəzalandırılacağından, cinayət məsuliyyətinə cəlb olunacağından, həbs olunacağından və əmlakının müsadirə olunacağından ciddi təlaş keçirir.
Bu yönümdə araşdırmalarımız davam edir və növbəti günlərdə Səadət Veyisovanın milli mənsubiyəti ilə bağlı redaksiymıza daxil olan digər məlumatları da və bundan sonra atacağı növbəti addımlar barədə əziz Şamaxılıları və oxucularımızı ətraflı bilgiləndirəcəyik.