BolgeXeber.Com » Bölgə » Şamaxının məktəb direktorunun özbaşnalığından şikayət

Şamaxının məktəb direktorunun özbaşnalığından şikayət

28-02-2013, 12:15
Oxunub: 5 696 Bolgexeber.com-a Şamaxı sakinlərindən şikayət məktubu daxil olmuşdur. Məktubu olduğu kimi təqdim edirik:

Azərbaycan Respublikası Prezident Administrasiyasına
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə idarəsinə
Azərbaycan Respublikasının Təhsil Nazirliyinə
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısına
Şamaxı Rayon Təhsil Şöbəsinin müdirinə


”Sizə bu şikayəti Şamaxı rayonundan yazırıq.Bizim şikayətimiz övladlarımızın təhsil aldığı məktəbin direktoru haqqındadır.Sizə Elşən Hüseynov adına şəhər 2 saylı tam orta məktəbin direktoru İslam Baxşıyev haqqında yazmaq istəyirik.Belə insanın neçə illərdir direktor işləməsi biz valideynləri və ziyalıları çox narahat edir.Çünki bu insan ziyalılıqdan kənar bir şəxsdir.O,neçə illər bundan qabaq ailə-məişət münaqişəsi zəminində həbsdə yatıb.Belə bir insan yüzlərlə şagirdin təhsil aldığı,onlarla müəllimənin işlədiyi məktəbə necə rəhbərlik edə bilər?Bu insan öz övladlarına tərbiyə verə bilmirsə,mindən artıq şagirdə necə təlim-tərbiyə verib,nəzarət edər axı?Qeyd edək ki,bu şəxsin iki oğlu var,hər ikisi narkomandır.Bundan başqa bu şəxs çox kobud,səviyyəsiz,şəxsiyyətsizin biridir.O,məktəbdə qadın müəllimələrlə və şagirdlərlə etkadan kənar kobud şəkildə davranır və rüşvətxorluqla məşğuldur.O müəllimlərdən hər ay aylıq pul tələb edir verməyəni isə təhqir edir.Şagirdlərin və valideynlərin çox saylı şikayətlərinə görə bir neçə ay əvvəl işdən azad ediləndən sonra sevinsək də,bu sevincimiz uzun sürmədi.Xatırladaq ki,İslam Baxşıyev əmək məcəlləsinin 70-ci maddəsinin “C” bəndinə əsasən işdən azad edildikdən 3 aydan sonra yenidən işinə qaytarıldı.Bunu eşidəndə hamımız şokda idik,çoxmu vacib idi ki,rayonda yüksək səviyyəli,savadlı gənc kadrlar olduğu halda belə bir insanı yenidən həmin məktəbə direktor təyin etdilər.Bunuda öyrənmişik ki,onu himayə edən əsas şəxs Şamaxının millət vəkili Elxan Süleymanovdur.Elxan Süleymanov,təhsil naziri Misir Mərdanov və Şamaxının sabiq icra başçısı ilə Polşada içki məclisində bu qərarı verib onu yenidən işə qaytardılar.Bunu qarşılığında isə İslam Baxşıyev Bakı şəhərində yerləşən 100 min manat dəyərindəki evini deputatın köməkçisi Dəyanət Musayevə hədiyyə edib.Rayondakı havadarı isə icra başçısının təhsil,səhiyyə və mədəniyyət üzrə müavini Şükürov Əşrəfdir.Şükürov Əşrəf mafioz qrupun üzvü olduğu üçün 20 ildən artıqdır ,icra hakimiyyətində çalışaraq rayon təhsilini uçuruma doğru aparır.O rüşvətxor olduğu üçün pul alıb belə insanlara dayaq olur.Bu insan orta məktəblərdə 11-ci siniflər üçün vinetkadan pul qazanır.O məktəb direktorlarına zəng edərək,vinetkanı mənim göndərdiyim adam çəkməlidir deyərək,həmin adamdan müəyyən qədər pul alır.Bundan başqa onun korrupsiya əməlləri haqqında çoxlu məlumatlarımız var.Xatırladaqki,Əşrəf Şükürovun və sabiq icra başçısının Təhsil Şöbəsinin müdirinin prinsipinə İslam Baxşıyevi işə qaytardılar.Çünki onu işdən Səadət Veysova kənarlaşdırmışdı.Sabiq icra başçısı təqdimat yazaraq faksla əmri şəxsən özünə gətirdib yenidən öz vəzifəsinə qaytardı.Biz onunla bağlı bir çox orqanlara məlumat versəkdə bunun heç bir nəticəsi olmayıb.Biz sizdən çox xahiş edirik və inanırıqki,bu biyabırçı vəziyyəti araşdıracaq və belə bir səviyyəsiz insanı işdən azad edilməsinə sərəncam verəcəysiniz.Son ümidimiz sizlərədir.Çünki biz övladlarımızı tərbiyəli və savadlı yetişdirmək istəyirik.Əgər tədbir görülməsə kütləvi şəkildə uşaqlarımızı məktəbə buraxmayacağıq.Bunu sizə 10-larla valideyinin adından yazırıq.Sizlərdən də bu yazını mətbu orqanınızda yazıb ictimailəşdirməyinizi xahiş edirik.”