Sumqayıtda yol polisini avtomobillə sürüdülər
1-03-2013, 10:55
Oxunub: 5 302
Bir həftə əvvəl Sumqayıtda Dövlət Yol Polisi müfəttişini avtomobillə camaatın gözü önündə sürüyən sürücünün şəxsiyyəti artıq müəyyən edilib. Bu barədə Bolgexeber.com Sumqayıt Şəhər Prokurorluğundan bildirilib.
Prokurorluqdan verilən xəbərə görə, hadisəni törədən şəxsin kimliyi müəyyən edilsə də, hal-hazırda istintaq tədbirləri davam etdiyindən onun adı açıqlanmır.
Xatırladaq ki, fevralın 22-də 11:20 radələrində Sumqayıt səhərində “Mitsubishi Outlander” markalı "90-BJ-935" dovlət nömrə nişanlı avtomobil Heydər Əliyev prospektində “Növbətçi”mağazanın qarşısında Dövlət Yol Polisi müfəttişinin əlini avtomobilin pəncərəsininin arasında goyaraq onu camaatın gözü önündə 20-30 metr sürüyüb. Əlini pəncərədən zorla çıxardan polis əməkdaşı yolun hərəkət istiqamətində yerə yıxılıb, avtomobilin sürücüsü isə hadisə yerindən yayınıb.
Qeyd edək ki, hadisə şahidlərinin dediklərinə görə, avtomobili idarə edən şəxs Dövlət Əmək Müfəttişliyinin əməkdaşı olub.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər