Gəncə Texnologiya Universitetində bazar mühiti hökm sürür
2-03-2013, 14:05
Oxunub: 6 400
Azərbaycanın təhsil sahəsində mövcud olan bir çox problemlərin aktuallığını və kəskinliyini danmaq həqiqətdən üz çevirməyə bərabər bir addım olardı. Xüsusən ölkədə fəaliyyət göstərən bəzi ali təhsil müəssisələrində müşahidə olunan neqativ hallar müvafiq qəti tədbirlərin görülməsi zərurətini birmənalı şəkildə ortaya qoyur. Qeyd edək ki, qəzetimizin səhifələrində biz də dəfələrlə bu mövzuya toxunaraq konkret faktlar ətrafında araşdırmalarımızı, tənqidi fikirlərimizi geniş ictimaiyyətə təqdim etmişik. Bununla belə etiraf etmək lazımdır ki, ölkəmizin təhsil sisteminin inkişafı üçün bu gün Azərbaycanda əsaslı islahatlar həyata keçirilir. Ölkə rəhbərliyinin bu sahəyə olan xüsusi diqqət və qayğısı həyata keçirilən iri miqyaslı tədbirlərin əhəmiyyətini və təsir imkanlarını daha da artırır. Təbii ki, bu sahədə gedən bütün mütərəqqi proseslər ilk növbədə respublikanın Təhsil Nazirliyinin gərgin fəaliyyəti nəticəsində təmin olunur. Bununla belə, bəzi ali təhsil müəssisə rəhbərlərinin fəaliyyəti hələ də bu mütərəqqi prosesləri əngəlləməyə şərait yaradır.
Son vaxtlar ölkə mətbuatının səhifələrində Gəncə Texnologiya Universitetində baş verən çoxsaylı qanun pozuntuları barədə müxtəlif məlumatlara tez-tez rast gəlinir. Bəzi qaynaqlar hətta iddia edirlər ki, bu ali tədris müəssisəsi tələbələrdən məcburi pul yığımlarının təşkilinə görə bir çox paytaxt universitetlərini belə kölgədə qoyub. Müxtəlif instansiyalara müraciət edən tələbələr bəzi hallarda rüşvət alan müəllimlərin konkret adlarını açıqlamasalar da onların kimliyini müəyyənləşdirməyin heç də çətin olmadığını da vurğulayırlar. Onların iddialarına görə universitetdə pul yığımları üçün ən müxtəlif səbəb və bəhanələr irəli sürülür. Əlbəttə ki, ön planda hər zaman olduğu kimi sessiya imtahanlarıdır. Lakin son vaxtlar tələbələri istehsalat təcrübəsindən azad etmək üçün təyin olunmuş qiymətlər də kifayət qədər böyük məbləğlərdə ifadə olunur.
Təbii ki, istəilən müəssisə və ya təşkilatda olduğu kimi Gəncə Texnologiya Universitetində yer almış korrupsiya hallarına görə də ilk növbədə bütün nəzərlər burada bütün baş verənlərdən sorumlu olan rektor Telman Məlikovun üzərinə yönəlir. Redaksiyamıza müraciət edən universitet tələbələri isə bildirirlər ki, rektor universitetdə əməlli-başlı bazar açıb. Tələbələr bildirir: “Tələblərdən mütləq formada rüşvət alınır. Oxuyan və rüşvət verməyən tələbələri isə yersiz bəhanələrlə cəzalandırırlar. Konkret olaraq bütün imtahanların qiyməti var və hətta oxumaqla da, müəllimlər tərəfindən yaradılan süni maneəni aşmaq çox çətindir. İmtahanların qiymətinə gəlincə isə, bir imtahana görə 40 manatdan 100 manata qədər pul alınır. Hətta elə müəllimlər var ki, onların imtahan qiymətləri 200 manata da çatır”. Mənbələr qeyd edir ki, əgər əvvəllər tələbələr müəllimlərə qiymətə görə pulu ayrı-ayrılıqda verirdilərsə, son vaxtlar bütün pulları bir tələbə yığıb onu “növbəti instansiyaya” çatdırır. Bu instansiya kimi isə bəzi hallarda universitetin tədris şöbəsinin müdiri Nizami müəllim, bəzi hallarda isə rektorun köməkçisi Cavad müəllim çıxış edirlər. Əvəzində isə həmin pulu yığan tələbə öz qiymətini “havayı” yazdırır. Həmçinin məlumatlarda şikayətçilərin sözlərinə istinadən bildirilir ki, universitetdə özbaşınalıq, rüşvətxorluq, müxtəlif maliyyə maxinasiyaları bütün digər sahələrdə də baş alıb gedir. Belə ki, bütün vəzifələrə təyinat rüşvətlə həyata keçirilir. Dekanlar, kafedra müdirləri və müəllimlər, hətta laborantlar belə rüşvət müqabilində təyin olunurlar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər