BolgeXeber.Com » Bölgə » Şamaxı icra hakimiyyətində özbaşnalıq

Şamaxı icra hakimiyyətində özbaşnalıq

3-03-2013, 21:05
Oxunub: 7 911 Bolgexeber.com-a Şamaxı ziyalıları, müəllimləri adından prezdentə, dövlət qurumlarına ünvanlanmış şikayət məktubu daxil olmuşdur.Məktubu olduğu kimi sizlərə təqdim edirik:
Azərbaycan Respublikası Prezident Administrasiyasına
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə
idarəsinə
Azərbaycan Respublikasının Təhsil Nazirliyinə
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısına
“Şamaxıda icra başçısının müavinlərinin sayəsində ya 37-ci il,yada İsmayıllı və Quba hadisələri baş verəcək....Şamaxı artıq barıt çəlləyinə dönüb partlamağına çox az qalıb.İcra başçısının dəyişməyi vəziyyəti düzəltməydənsə,əksinə xalqda ümidsizliy yaratdı.
Cənab prezident,siz Şamaxının icra başçısını işdən azad edəndə çox sevindik.Amma sevincimiz çox davam etmədi.İndidə icra başçısının müavinləri Şamaxıda “at oynadır”.Əgər savadsız,iş bacarmayan,rüşvətxor müavinlər rayonu idarə edəcəkdisə onda təzə başçıya nə ehtiyac var idi axı?Bizim yeni icra başçısına ümidimiz böyük idi,amma müavinləri deyəsən ona imkan verməyəcək.....Təzə təyin olunmuş başçı Asif Ağayevin səlahiyyətlərini tam əlindən alan birinci müavin Qasım Qasımov əhalini incidərək “özünə lazım olmayan”,amma iş bacaran idarə rəhbərlərini məcbur edərək ərizələrini alır,iş bacarmayanlara isə “özlərinə sərf etdiyi üçün” heçnə demirlər.Hər gün Qasım Qasımovun rəhbərliyi ilə gecə saat 12-yə kimi icra,təşkilat rəhbərlərini,məktəb direktorlarını icra hakimiyyətinə yığırlar, Onlara icra başçısının təhsil,səhiyyə,mədəniyyət üzrə müavini Əşrəf Şükürov təzyiq göstərərək,işdən azad olmaları haqda ərizə yazmağa məcbur edir,direktorlara perspektivli cavan müəllimlərə təzyiq göstərməyi təkid edirlər.Məqsəd isə onlardan pul qopartmaqdı.Həmin rüşvətxor Əşrəf Şükürov öz adamını məktəblərə göndərib,direktorlara zəng vururki,11-ci siniflər üçün olan vinetkanı mənim adamım düzəltməlidir,sonra həmin adamdan müəyyən məbləğ pulunu alır.Sizlərə sual veririk,icra başçısının müavini belə səviyyəsiz hərəkətə yol verərmi?Bundan başqa direktorlardan hər ay təhsil şöbəsindən xəbərsiz pul yığır.Pul verməyən direktorları isə hədələyir,heç kəsdən qorxmadığını deyir,çünki yuxarılarda adamı var,onlara arxayındır.Bu şəxs Şamaxı təhsilini 30 il ərzində uçuruma yuvarlandırıb.Savadsız,iş bacarmayan və yaltaq bir insan olan 1-ci müavin Qasım Qasımov –müxalifətçi olub.O,bir zamanlar şəhər 5 saylı məktəbin direktoru işləyən Əlağa Abdullayevin vasitəsilə həmin seçki bülletenlərini Şamaxıdan Kürdəmir yolu ilə Hacıqabuldan Bakıya ötürən açıq aydın Ulu Öndərimizi söyən,təhqir sözləri deyən bir mənfur indi bütün Şamaxını ayağa qaldırır.Cənab prezident axı bunlar kimdirlər ki,sizin siyasətinizə əks gedərək xalqı incidirlər?Öz çirkin niyyətlərini həyata keçirmək üçün öz adamlarını iş başına gətirir.Külli miqdarda pul alır.Qasım Qasımovun sabiq başçı Asif Məmmədovun qarşısında dim-dik durub dili tutulurdu,indi isə yeni təyin olunan başçı bunun sözləri ilə hərəkət edir. Qasım Qasımov imkan vermirki,yeni başçı ağzın açsın,onun qəbuluna heç kimi buraxmırki,xalq şikayətini desin.
Cənab prezident amma sizdən artıq dərəcədə xahiş edirik ki,Şamaxı icra başçısının müavinlərinin və təzyiq kampaniyasının qabağını alasınız bizi və gənclərimizi bu bəladan qutarasınız.Biz şamaxılılar artıq canımızdan bezmişik. Xahiş edirik işində gözəl nəticələri olan işçilərə qarşı təzyiqləri dayandırsınlar.Əks halda biz ziyalılar,rayon icra hakimiyyətinin qarşısında yığılaraq öz sözümüzü deyəcəyik.Sizə bunu çoxsaylı ziyalılar,müəllimlər adından yazırıq.
Mətbuat orqanından isə artıq dərəcədə xahiş edirik ki,bu yazını saytınızda yerləşdirib ictimailəşdirəsiniz ki,bu insanlar bəlkə özlərini yığışdıra.Əvvəlcədən təşəkkürlər”.
Qarşı tərəfində mövqeyini dinləməyə hazırıq.