BolgeXeber.Com » Bölgə » Masallı ziyalılarını qəzəbləndirən nədir?

Masallı ziyalılarını qəzəbləndirən nədir?

4-03-2013, 18:25
Oxunub: 4 659 Axır zamanlar Masallının adı mətbuatda tez-tez hallanır. Son 3 ildə davamlı olaraq eyni mövzu və eyni ittihamlarla çıxış edən bir qrup var ki, nəinki yalnış təsəvvür yaradır, şəxsi ambisiyalarının quluna çevriliblər, əsas odur ki, heç layiq olmadıqları ada iddia edirlər. Özü də onların Masallı ziyalıları adından danışmaları əslən Masallıdan olan ziyalıların narazılığına səbəb olub.

“Milli pedaqogika məktəbi” jurnalının baş redaktoru, professor Fərahim Sadıqov əslən Masallıdandır. Tanınmış ziyalıdır. O, anadan olduğu Masallının adının bu şəkildə səslənməsinə, yalançı iddiaların əsirinə çevrilməsinə qarşıdır:

“Mən Masallının adının bu cür hallanmasının qəti əlehinəyəm. Mütəmadi olaraq doğulduğum rayona baş çəkirəm və orada gedən proseslərlə yaxından tanışam tam səmimiyyətimlə ifadə edirəm ki, hazırda Masallıda geniş səviyyədə quruculuq işləri aparılır. Eyni zamanda Masallı yüksək səviyyəli mədəni-kütləvi tədbirlərin keçirildiyi məkana çevrilib. Təkcə 2012-ci ildə Masallıda keçirilən Beynəlxalq Folklor festifalını qeyd etmək kifayətdir. Bütün tədbirlərə Masallının tanınmış ziyalıları dəvət olunur ki, biz bu addımları təqdir edirik.

Masallının bu özəlliklərindən danışamqdansa, 3-4 nəfərin ortaya düşüb cılız iddialarını car çəkmələrinə etiraz edirəm. Ayıbdır! Mənim anadan oldğum Masallının adını belə adamların hallandırmasına mənəvi haqqları yoxdur” –deyən Fərahim Sadıqov hesab edir ki, bu hal davam etdiyi halda masallılı ziyalılar bunlara lazım olan cavabı verəcəklər.

“Mətbuatdan oxuyuram ki, 3-4 nəfər mətbuat konfransı keçirib, Masallı ziyalıları adından danışır. Danışsınlar. Amma Masallı ziyalıları sözündən istifadə etməsinlər”- bu sözləri əslən Masallıdan olan, tanınmış jurnalist Vasif Səmədov deyir. Vasif Səmədovun sözlərinə görə, Ziyalılar cəmiyyətin "ağıllı, düşüncəli, bilikli və professional səviyyədə kreativ çalışan və mədəniyyətin inkişafı və yayılması üçün səy göstərən" şəxslərin daxil olduğu sosial təbəqəyə deyilir. Ziyalı - ziyalılar təbəqəsinin nümayəndəsidir. “Bu adı çəkilən adamları mən heç tanımıram. Bunlar kimlərdir? Nə haqla ziyalı adından danışırlar? Bu haqqı kim verib onlara?”- deyən Vasif Səmədov Masallını nəinki ölkə miqyasında, eləcə də dünya çapında layiqincə təmsil edən insanlar bu sözdən istifadə etməyə çəkindikləri halda, cılız iddialarının reallaşması üçün bu addan qalxan kimi istifadə etdiklərinə görə, onları qınadıqlarını dedi.

Əslən Masallıdan olan professor Füzuli Bayat deyir ki, “Eşidəndə ki, bir qrup xəstə təxəyüllü insan Masallı ziyalılarının adından danışırlar, inanın ki, bu məni çox qəzəbləndirdi. Filankəs işləmədi, filankəs bizi qəbul etmədi, onu istəyirik, bunu istəyirik. Bu, ziyalı adına yaraşmaz ”- deyən Füzuli Bayat əlavə edib ki, o, Məmmədağa Eynullayev haqda məlumat almağa çalışıb. Rayonun tanınmış adamları belə bir ziyalını tanımadıqlarını deyiblər. “Mən dəhşətə gəldim. Bu cür adam necə ziyalı ola bilər? Daha doğrusu, necə bu adı öz üzərinə götrüməyə utanmaz?”-

Masallı Ziyalılar Cəmiyyətinin sədri Qardaş Fətullayev məsələyə aydınlıq gətirib. O deyib ki, Məmmədağa Eynullayev uzun müddət icra hakimiyyətində hüquq şöbəsinin müdiri işləyib. 1990-cı illərin əvvəllərində Xalq Cəbhəsinin Masallı rayon şöbəsinin sədri olub. 1990-cı illərin sonlarında icra hakimiyyətində ona vəzifə verilib və siyasi mövqeyini dəyişərək Xalq Cəbhəsindən istefa verib. İşində yol verdiyi nöqsanlara görə 2009-cu ildə keçmiş icra başçısı onu hüquq şöbəsinin müdiri vəzifəsindən azad edib. Vəzifədən çıxarılandan sonra birdən-birə əvvəl söylədiyinin əksinə danışmağa başlayıb. Görünür, şantaj yolu ilə vəzifə əldə etməyə cəhd göstərir. Uzun illər bir-birinin ardınca nə az, nə çox düz beş başçının verdiyi qərarlara hüquqi don geydirən M.Eynullayev vəzifədən uzaqlaşdırıldıqdan sonra demokratik dəyərlər, qanunun aliliyi, insan haqları "aşiqi” kimi zühür etmək xulyasına düşdü. Onun ətrafına yığdığı 4-5 adamdan isə ümumiyyətlə danışmağa dəyməz. Hamı bilir ki, onların ikisi ruhi xəstə, digərləri isə rayonda mənfi imicə sahib olan insanlardır.Ona görə də onları ziyalı kimi təqdim edən bəzi KİV-dən xahiş edirəm ki, bu insanların yalanlarına yer verməklə öz inandırıcılığınıza zərbə vurmayın. Çünki bunları Masallıda hamı tanıyır və onların qarayaxmalarına heç kim inanmır.