Cəlilabad sakini “Kalaşnikov” avtomatı satarkən tutuldu
5-03-2013, 16:10
Oxunub: 5 250
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Cəlilabad rayon sakini 28 yaşlı Şamxal Abışovun “Kalaşnikov” markalı avtomat silahı güllələri ilə birgə satmaq istəməsi barədə Baş İdarəyə məlumat daxil olub.
Dərhal əməliyyat axtarış tədbirləri həyata keçirilib və əvvəllər məhkum olunmuş Ş. Abışov silahı satarkən cinayət başında yaxalanıb. Saxlanılan şəxs ilkin ifadəsində silahı bir neçə gün əvvəl Keşlə qəsəbəsi ərazisindən tapdığını bildirib. Avtomatı gizlətdikdən sonra isə satmaq üçün müştəri axtarıb. Ş. Abışov nəhayət alıcı taparaq avtomatı 1100 ABŞ dollarına satmağa razılaşıb. Saxlanarkən onun üstündən pullar və satdığı 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd daraq və 27 ədəd 7,62 kalibrli güllə maddi sübut kimi götürülüb. Kriminalistik ekspertiza silahdan hər hansı cinayətdə istifadə edilib edilmədiyini araşdırır.
Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər